Sahibkarların şikayətlərinin araşdırılması və çevik həlli ilə bağlı müvafiq tədbirlər görmək, habelə KOB subyektlərinin qanuni maraqlarının qorunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə araşdırmalar, təhlillər aparmaq Agentliyin fəaliyyət istiqamətlərindəndir.
KOBİA kiçik və orta biznes subyektlərinin maraqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də sahibkarların fəaliyyəti ilə əlaqədar yarana biləcək mübahisələrin məhkəmədənkənar qaydada mediasiya yolu ilə həlli prosesində iştirak edir.
Agentlik həmçinin, KOB subyektlərində dövlət nəzarətini həyata keçirən təşkilatlar tərəfindən aparılan yoxlamalarda qanunvericiliklə müəyyən edilmiş qayda və hallarda müşahidəçi kimi iştirak etmək hüququna malikdir.
Powered by Froala Editor