
Tədbirdə nəqliyyat sahəsində yaşıl texnologiyaların tətbiqi, bu sahədə çağırışlar, yaşıl nəqliyyat vasitələrinin fəaliyyəti və infrastruktur təminatına dair fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Daxili İşlər Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib. “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak edib.
KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev tədbirin nəqliyyat sahəsində yaşıl texnologiyaların tətbiqi, bu sahədə çağırışlar, yaşıl nəqliyyat vasitələrinin fəaliyyəti və infrastrukturun inkişafının müzakirə edilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.
Powered by Froala Editor
