Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“Bakı KOB evi”ndə “Heydər Əliyev - unudulmaz lider” adlı foto-xalça sərgisi keçirilib KOB Model Müəssisəsi istehsal prosesində məhsuldarlığı və səmərəliliyi artırır Ölkə sərhədlərini aşan startaplarımız KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb Fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq sahibkarlar istənilən KOB evinin xidmətindən yararlana bilərmi? KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub "İslam bankçılığı və maliyyəsi" təlimi keçirilib Ekoloji, sosial və korporativ idarəetmə prinsipləri ilə bağlı məcmuə hazırlanıb İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi “Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
"Startap" şəhadətnaməsi

“Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.


“Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.


Müraciətlər Agentliyə yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada (info@smb.gov.aztəqdim edilməlidir. Müraciət etmək üçün müvafiq ərizə forması və lazım olan digər sənədlər bu bölmədə yerləşdirilib. 


Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən “Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən orta və ya iri sahibkarlıq subyektinin təsisisçisi olarsa, həmin təsisçinin hüquqi şəxsdə payı 49%-dən çox olmamalıdır.


“Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün təqdim edilir.


“Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya daxil olmuş ərizə həmin gün qeydiyyata alınır. Ərizəyə və ona əlavə edilmiş sənədlərə Agentlikdə ümumilikdə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında Agentlik “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 

Powered by Froala Editor

Ərizəni yüklə


3.2. Ərizəyə aşağıdakı sənədlər (məlumatlar) əlavə olunur:

3.2.1. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fiziki şəxs olan ərizəçinin isə əlavə olaraq şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;

3.2.2. “Startap” şəhadətnaməsinin alınması üçün tərtib edilən layihənin (bundan sonra – layihə) adını, ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat;

3.2.3. məhsulun sənaye nümunəsi və ya dizaynı;

3.2.4. aşağıdakı məlumatlardan ibarət biznes-plan:

1. məhsulun (xidmətin) bazarda payı ilə bağlı bazar araşdırması və marketinq planı, onun bazar potensialı;

2. məhsulun ixrac və ya idxalı əvəzetmə potensialı (əsaslandırma ilə);

3. məhsulun (xidmətin) unikallığı və rəqabətqabiliyyətliliyi (əsaslandırma ilə);

4. investisiya planı;

3.2.5. əmək resursları haqqında aşağıdakı məlumatlar:

1. olduğu halda – idarəetmə orqanlarının üzvlərinin fəaliyyət təcrübəsi və (və ya) təhsilləri haqqında;

2. olduğu halda – məhsulun (xidmətin) hazırlanması, bazara yerləşdirilməsi və sonrakı inkişafını təmin edəcək işçiləri haqqında;

3. olduğu halda – məsləhətçiləri haqqında;

4. olduğu halda – səhmdarları (payçıları) və (və ya) investorları haqqında;

3.2.6. olduğu halda – startapa cəlb olunan qrant, investisiya və ya kredit barədə məlumatlar;

3.2.7. olduğu halda – startap məhsuluna dair patent və ya patent almaq üçün iddia sənədi;

3.2.8. olduğu halda – texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi.

 

Qeyd: “Startap” şəhadətnaməsini almaq üçün ərizəçi müvafiq ərizə və digər sənədlərlə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) və ya elektron qaydada (info@smb.gov.az) müraciət etməlidir. 

Powered by Froala Editor

Ekspertlər Şurasının sədri:

-Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri;


Ekspertlər Şurasının üzvləri:

- Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti;

- Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi;

- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi;

- Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi; 

- Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi;

- Azərbaycan Milli Elmlər Akademiyası;

- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası;

- “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi; 

- “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi.

Powered by Froala Editor


S/SSahibkarlıq subyektinin adıLayihə adıLayihənin mahiyyətiVerilmə tarixi  
1.“Bonpini” MMCBonpiniFərdi və kommersiya obyektlərinin icarədarları və icarəçələri üçün onlayn vasitəçi xidməti (www.bonpini.az)31 May 2021-ci il
2.“Cyber Security Lab” MMCÇak-çukFərdi və professional işçilər (işəgötürənlər) üçün onlayn vasitəçi xidməti (www.cakcuk.az)31 May 2021-ci il
3.“Dr.Agro” MMCDr.AgroKənd təsərrüfatı və aqrar biznes üçün onlayn məsləhət xidmətləri (www.dragro.az)31 May 2021-ci il
4."Alqoritmik kredit texnologiyaları" MMCPulappKiçik biznes kreditlərinin verilməsi üzrə vasitəçi xidməti (www.pulapp.com)06 İyul 2021-ci il
5."Delivery Azerbaijan" MMC189 DeliveryKuryer işinin təşkilində onlayn vasitəçi xidməti (www.189delivery.az)06 İyul 2021-ci il
6.Fərdi sahibkar Nəzər AllahverdiyevEbidAuksiyon prinsipi əsasında elektron ticarət platformasının işinin təşkili 06 İyul 2021-ci il
7."Əmir Texniki Xidmətlər” MMCBal arılarının gənələrdən təmizlənməsi üçün qurğu hazırlnaması layihəsiBal arılarını gənələrdən təmizlənməsi üzrə qurğunun istehsalı06 İyul 2021-ci il
8."Kibrit.Tech" MMCOrangelineÇağrı mərkəzlərinin idarə edilməsi üçün proqram təminatı06 avqust 2021-ci il
9.“Profam” MMCinsure.azSığorta xidmətlərinin göstərilməsinin onlayn platforma vasitəsilə təşkili (www.insure.az)06 avqust 2021-ci il
10."Unibroad" MMCUnibroadXaricdə təhsil almaq istəyənlər üçün onlayn vasitəçi xidməti (www.unibroad.co)06 avqust 2021-ci il
11."VATT" MMCPowerbank rentalTelefonlar üçün güc banklarının mobil tətbiq vasitəsi ilə icarəyə verilməsi9 sentyabr 2021-ci il
12.Fərdi sahibkar Təbriz ZeynalovCagir.azMəişət xidmətlərinin alqı-satqısı üçün onlayn platforma (www.cagir.az)9 sentyabr 2021-ci il
13."ALT SERVİCE" MMCAğıllı şəbəkə cihazıFasiləsiz elektrik enerjisi üçün şəbəkə cihazının (çoxkanallı kommutator) istehsalı və satışı9 sentyabr 2021-ci il
14."TECHFİN" MMCHesabat.azBulud tipli onalyn mühasibatlıq proqramı (www.hesabat.az)9 sentyabr 2021-ci il
15.Fərdi sahibkar Orxan CəfərovTokhum  agroAqrar sektor üzrə onlayn məsləhət xidməti patforması11 oktyabr 2021-ci il
16."Global İnnovations" MMCEpoint.azOnlayn ödəniş aqreqatoru və elektron ticarət platforması (www.epoint.az)11 oktyabr 2021-ci il
17."Supply Chain Community" MMCSupply chain communityTəchizatçılar və tədarükçülər üçün onlayn platforma11 oktyabr 2021-ci il
18."VVHELP" MMCWhelpBiznes subyektləri üçün onlayn müştəri dəstəyi üçün proqram təminatı11 oktyabr 2021-ci il
19.Fərdi sahibkar Namik HacıyevBrain prizeÖdənişli və mükafat fonduna malik onlayn bilik yarışması 11 oktyabr 2021-ci il
20."PAYRİFF" Qapalı Səhmdar Cəmiyyətipayriff.comOnlayn ödəniş aqreqatoru (www.payriff.com)16 noyabr 2021-ci il
21."CUSPERCO" MMCazdo.azSifarişçi və icraçılar üçün onlayn platforma (www.azdo.az)16 noyabr 2021-ci il
22."Buta Vending" MMCbutavending.azHazır qidaların satışı üçün (sneklər) avtomatlaşdırılmış köşklərin istehsalı (www.butavending.az)16 noyabr 2021-ci il
23."Oxuyan" MMCoxuyan.azOnlayn imtahanların təşkili üzrə platforma (www.oxuyan.az)16 noyabr 2021-ci il
24.Fərdi sahibkar Əliağa Ağayevmedsoft.az Səhiyyə müəssisələrində elektron idarəetmənin təşkili üçün proqram təminatı (www.medsoft.az)16 noyabr 2021-ci il
25.Fərdi sahibkar Fərid Fərmanovbein.az Biznes subyektlərində elektron idarəetmənin təşkili üçün bulud tipli proqram təminatı (www.bein.az)16 noyabr 2021-ci il
26."SAFAVY" MMCsafavy.orgOnlayn özünüinkişaf və təhsil platforması (www.safavy.org)8 dekabr 2021-ci il
27."FOGİTO" MMCfogito.comBiznesin idarə edilməsi üzrə onlayn platforma (www.fogito.com)8 dekabr 2021-ci il
28.Maestro Company Limited MMCizzidone.comMəişət xidmətləri üçün web platforma (www.izzidone.com)12 yanvar 2022-ci il
29.Documood MMCdocumood.azMüqavilələrin onlayn bağlanması üçün veb platforma (www.documood.az)12 yanvar 2022-ci il
30.Smor MMCsmor.azAvtomobil ehtiyyat hissələri üçün marketpleys (www.smor.az)12 yanvar 2022-ci il
31.Pickpoint MMCwww.poste.azBağlamaların çatdırılması prosesininin innovativ həll yolu ilə avtomatlaşdırılması (www.poste.az)12 yanvar 2022-ci il
32.Pay2Play MMCpay2play.azRəqəmsal məhsullar (oyunlar) üçün marketpleys (www.pay2play.az)12 yanvar 2022-ci il
33."Push 30" MMCwww.push30.azİdman zallarının xidmətlərinin satışı üzrə vasitəçilik edən onlayn platforma 3 mart 2022-ci il
34."G-khan" MMCwww.11delivery.comMüstəqil kuryerlər və sifarişçilər arasında vasitəçi xidməti 3 mart 2022-ci il
35.“Clickusta” MMCwww.clickusta.azMobil telefon təmiri xidmətlərinin onlayn təşkili ilə bağlı vasitəçi xidməti 3 mart 2022-ci il
36.“Otobaza Azerbaijan”www.otobaza.comAvtomobil ehtiyat hissələri üçün marketpleys 3 mart 2022-ci il
37."Sakuraz Green Energy" MMC“Litium-ion akkumulyatorlarının bərpası” layihəsiLitium-ion akkumulyatorlarının toplanması və bərpası işinin təşkili14 aprel 2022-ci il
38."Smart Logistics 2021" MMC"Smart Logistics" layihəsiYük avtomaşınlarının sifarişi üçün mobil tətbiq14 aprel 2022-ci il
39."Setup" MMC"Twelfy" layihəsiUduşlu bilik yarışmasının təşkili (veb və mobil tətbiq vasitəsilə)14 aprel 2022-ci il
40."E-legal" MMC"E-legal" layihəsiHüquq məsləhət xidmətlərinin onlayn təşkili17 may 2022-ci il
41."Psixosən" MMC"PsixoSən" layihəsiPsixoloq xidmətlərin onlayn təşkili üzrə vasitəçilik xidməti17 may 2022-ci il
42.Fərdi sahibkar İbrahimli Cavad"Kəndi-gətir" layihəsiKənd təsərrüfatı məhsullarının onlayn satış platforması17 may 2022-ci il
43."Plast" MMC"Plast" mobil tətbiqi layihəsiTibb xidmətlərinin mobil tətbiq üzərindən təşkili23 iyun 2022-ci il
44."Glorri" MMC"Glorri"İşə qəbul prosesinin optimallaşdırılması üzrə onlayn platforma (proqram təminatı)    27 iyul 2022-ci il
45."Dronee Aero" MMC"Simurq F by Dronee Aero"Müxtəlif mülki dronların istehsalı və satışı27 iyul 2022-ci il
46."Eduaz co."  MMC"Eduaz"Tələbə, təlimçi və korperativ şirkətlər üçün təhsil platforması27 iyul 2022-ci il
47."Alimok" MMC"Alimok"Uşaqların şəxsi inkişaf və zehni biliklərini inkişaf etdirmək üçün təhsil platforması27 iyul 2022-ci il
48."Mie Azerbaijan" MMC"MIE Azerbaijan"  CLD tədris texnologiyası əsasında təlim tədris xidmətləri27 iyul 2022-ci il
49."Vvaverıty" MMC"Waverity"Neft və qaz sektorunda geoloji dataların vizualizasiyası və təhlili üçün proqram təminatı27 iyul 2022-ci il
50."Softpress" MMC"Bahshish.me" layihəsiNağdsız bəxşiş ödəmə sistemi7 sentyabr 2022-ci il
51."Clopos" MMC"Clopos"  layihəsiRestoran və kafelər üçün POS proqram təminatı7 sentyabr 2022-ci il
52."E-Sayar" Qapalı Səhmdar Cəmiyyəti“E-sayar” layihəsiOnlayn mühasibat uçotu proqramı7 sentyabr 2022-ci il
53."Travel Qrup" MMC“Vizam.az” layihəsiOnlayn səyahət, işgüzar səfər və təhsil vizası xidmətləri göstərən elektron platforma7 sentyabr 2022-ci il
54."YER xSP" MMC"Yer cloud" layihəsiBulud xidmətlərin təşkili7 sentyabr 2022-ci il
55."Satelyzer" MMC"Satelyzer" layihəsiKənd təsərrüfatı üçün peyk data xidmətləri7 sentyabr 2022-ci il
56.Məmmədov İlqar Oktay oğlu“Azplagio” layihəsiAzərbaycan dilində plagiarizmi təyin edə bilən onlayn platforma7 sentyabr 2022-ci il
57.Qaraxani Nəriman Piruz Oğlu“Taskilled” layihəsiPraktik tapşırıq əsaslı onlayn təhsil və təcrübə platforması7 sentyabr 2022-ci il
58."Edtesk" MMC"Enthouse" layihəsiKənd təsərrüfatı sahəsində elektron inteqral sxem və interfeys istehsalı7 sentyabr 2022-ci il
59."Smartap" MMC"Smartap" layihəsiSatınalmalar üçün onlayn platforma15 sentyabr 2022-ci il
60.Zeynalov İbrahim Aynur oğlu“AZİR” layihəsiTikinti üçün 3D printerlərin istehsalı, istismarı və satışı15 sentyabr 2022-ci il
61.Zeynalov Fərid Şakir oğlu"ShiftCon" layihəsi“ShiftCon” metaverse platforması üzərindən xidmətlər15 sentyabr 2022-ci il
62.“Avto İnfo” MMC“Avto İnfo” layihəsiAzərbaycan ərazisində işlənmiş avtomobillərin tarixçəsinin yoxlanılması üçün informasiya sistemi (servis, sığorta və s.)15 sentyabr 2022-ci il
63.“BOOST” MMC“Boost” layihəsiOnlayn platforma üzərindən “influenser marketinq” xidməti15 sentyabr 2022-ci il
64.Hüseynov Əfqan Ehram oğlu"MetaStudio" layihəsi“MetaStudio” metaverse virtual oyunların hazırlanması və satışı15 sentyabr 2022-ci il
65. “Selenium Co.” MMC"Garderapp" layihəsi“GarderApp” geyim və aksesuarların satışı üçün marketpleys15 sentyabr 2022-ci il
66. Abaszadə Tərlan Səməd oğlu"MeContest" layihəsi“MeContest” sosial şəbəkə platforması15 sentyabr 2022-ci il
67."İndi Market" MMC"İndi" layihəsiMobil tətbiq üzərindən çatdırılma xidməti15 sentyabr 2022-ci il
68."BİD TAXİ" MMC"Bid Taxi" layihəsiTaksi xidmətinin mobil tətbiq üzərindən təşkili15 sentyabr 2022-ci il
69."Macrocode" MMC "Macrocode" layihəsiKodlaşdırmanı asanlaşdıran onlayn platforma 13 oktyabr 2022-ci il
70.“Metaflix” MMC “Metaflix” layihəsiMilli filmlərin onlayn nümayiş platforması  13 oktyabr 2022-ci il
71."Monyo" MMC "Monyo" layihəsiRestoranların məlumat bazası və elektron menyu xidməti13 oktyabr 2022-ci il
72.“Krapp” MMC “Krapp” layihəsiKredit təşkilatları üçün kreditlərin verilməsi prosesini asanlaşdıran mobil tətbiq13 oktyabr 2022-ci il
73.“Tutorlab” MMC “Tutorlab” layihəsiOnlayn təhsil idarəetmə platforması 13 oktyabr 2022-ci il
74.Yusibov Sərxan Tərxan oğlu "Asan Usta" layihəsiUsta və servis xidmətləri üçün onlayn platforma13 oktyabr 2022-ci il
75."VR Home" MMC"VR Home" layihəsiVirtual Reallıq (VR) əsasında onlayn platforma (marketpleys)24 noyabr 2022-ci il
76."Probill" MMC“ProBill” layihəsiDaşınmaz əmlak və yaşayış komplekslərinin idarə edilməsi üçün onlayn platforma24 noyabr 2022-ci il
77."Blokchain Academy" MMC“Blokchain Academy" layihəsi“Blokçeyn” texnologiyaları üzrə onlayn təlim24 noyabr 2022-ci il
78.Əhmədzadə Eyvaz Rövşən oğlu “Elmly” layihəsiOnlayn bilik yarışması24 noyabr 2022-ci il
79."Recepta" MMC  "Recepta" layihəsiKassa çeklərinin rəqəmsallaşması üzrə platforma23 dekabr 2022-ci il
80."Too Far Logistics" MMC  “Too Far Logistics” layihəsiSürətli kuryer xidməti üçün onlayn platforma23 dekabr 2022-ci il
81. "İntelligent Services And Solutions Company" MMC  “İSS Co." layihəsiFasad yuma robotlarının istehsalı və satışı23 dekabr 2022-ci il
82."Legalaid" MMC"Legalaid" layihəsiHüquq məsləhət xidmətləri üçün mobil tətbiq6 fevral 2023-cü il
83."AvtomatikaAz" MMC“Aztruck” layihəsiAğır tonnajlı tərəzilər üçün proqram təminatı6 fevral 2023-cü il
84."AKİAB" MMC“AKİAB" layihəsiBiznes üçün onlayn xidmətlər və kommunikasiya platforması6 fevral 2023-cü il
85."Allrent" MMC“Allrent” layihəsiEvlərin icarəsi üçün onlayn platforma6 fevral 2023-cü il
86."İncode" MMC“Toyda" layihəsiŞənliklərin və toyların idarə edilməsi üçün onlayn platforma6 fevral 2023-cü il
87."Blinki-Bİ” MMC“Blink Business İntelligence” layihəsiMüəssisə Resurslarının Planlaşdırılması (ERP) üzrə proqram təminatı27 fevral 2023-cü il
88.“ND Opinions” MMC"Autoreport" layihəsiİkinci əl avtomobillər üçün məlumat bazası27 fevral 2023-cü il
89.“Frisaga” MMC"Frisaga" layihəsiTurizm və səyahət sahəsində xidmətlər təklif edənlər üçün onlayn platforma29 mart 2023-cü il
90."BlackOne" MMC“Blackone” layihəsiMəhsul və xidmətlər üçün onlayn platforma29 mart 2023-cü il
91."BJ Technology" MMC"BJ Technology" layihəsiLaboratoriyada istifadə edilən “HPLC” kolonlarının istehsalı və satışı29 mart 2023-cü il
92."Bağ Evim" MMC"Bağ Evim" layihəsi Bağ evlərinin kirayəsi üzrə onlayn platforma3 may 2023-cü il
93."Schoolplus" MMC"Schoolplus" layihəsiOnlayn təhsil platforması3 may 2023-cü il
94."Drakaris" MMC"Yığım" layihəsi"YİGİM" ödəniş sistemi3 may 2023-cü il
95."Think” MMC“Glame” layihəsiGözəllik xidməti və məhsulların satışı üçün onlayn marketpleys5 sentyabr 2023-cü il
96."Hellojob" MMC"Hellojob" layihəsiOnlayn iş elanları platforması5 sentyabr 2023-cü il
97.                                                "Allin.Us" MMC  “Allinus” layihəsi Onlayn sorğu platforması 5 sentyabr 2023-cü il
98."S2J İNC." Şirkətinin Azərbaycandakı Nümayəndəliyi “Rentbutik” layihəsiAvtomobil paylaşılması üçün (icazə) mobil tətbiq5 sentyabr 2023-cü il
99."Mərtəbələr" MMC“Mərtəbələr” layihəsiDaşınmaz əmlak alqı-satqısının asanlaşdırılması üçün elektron platforma5 sentyabr 2023-cü il
100.Qədirov Ramil Qurban oğlu“Smart Safe” layihəsi Saxlama seyflərinin avtomatik idarə edilməsi üçün aparat -proqram kompleksi5 sentyabr 2023-cü il
101.“Hirpo” MMC"Hirpo" layihəsiİşçilərin xidməti fəaliyyətinin ölçülməsi və idarə edilməsi platforması5 sentyabr 2023-cü il
102.“Flash Expo” MMC“Flash Expo” layihəsiSərgi və yarmarkalarda iştirakın məsafədən təşkili üçün onlayn platforma5 sentyabr 2023-cü il
103."All Fitness" MMC“Allfit” layihəsiFitness klublara abunəlik və dəqiqə hesabı qoşulmaq üçün platforma5 sentyabr 2023-cü il
104."Telsat" MMC"Telsat" layihəsiMobil telefonların satışı üzrə onlayn platforma5 sentyabr 2023-cü il
105."Metatesk" MMC"Metatesk" layihəsiOnlayn təhsil platforması5 sentyabr 2023-cü il
106.“Kipias” MMC"İgogo" layihəsiTəmir etmək istəyən ev sahibləri və podratçılar üçün onlayn platforma12 oktyabr 2023-cü il
107."Parqour" MMC“Parqour” layihəsiParkinq üçün proqram təminatı12 oktyabr 2023-cü il
108.Əkbərov Ramin Yaqub oğlu “Bucard” layihəsiRəqəmsal biznes şəbəkəsi platforması12 oktyabr 2023-cü il
109."Baku Carsharing Company” MMC“Kite Eco” layihəsiAvtomobillərin icarəsi üçün proqram təminatı12 oktyabr 2023-cü il
110.“Yeni Zeon” MMC“New Zeon” layihəsiRəqəmsal ekosistem xidmətləri12 oktyabr 2023-cü il
111.“Bonpara” MMC"Bonpara" layihəsiMaddi dəstək və abunə haqlarının (ödənişlərin) toplanılması funksiyalı e-ticarət platforması16 noyabr 2023-cü il
112.“Vvegros Azerbaijan" MMC“Wegros” layihəsiİcma əsaslı onlayn alış-veriş platforması16 noyabr 2023-cü il
113."Smartpost” MMC“Kargomat” layihəsiAğıllı poçt qutularının istehsalı və istismarı16 noyabr 2023-cü il
114.İbrahimli Davud Zülfüqar oğlu“Burdanal” layihəsiOnlayn mağaza (marketpleys)16 noyabr 2023-cü il
115."Hellind Enerji" MMC“Hellind Enerji” layihəsiTelemetrik və enerji sistemləri üçün data loqer cihazının istehsalı və satışı16 noyabr 2023-cü il
116.Sultanov Malik Hətəm oğlu“Agroficient” layihəsiKənd təsərrüfatı üçün torpaqda nəm tutucu materialın (hidroqel) istehsalı və satışı16 noyabr 2023-cü il
117.“Snackpack” MMC“Snackpack” layihəsi“Axşam Bazarı” endirimli yemək təklifi üçün mobil tətbiq16 noyabr 2023-cü il
118.“Puzzle Tech" MMC"Unisave" layihəsiTələbələr üçün endirim platforması16 noyabr 2023-cü il
119."Qarabug" MMC“Bug Bounty” layihəsiRəqəmsal infrastrukturun təhlükəsizlik testləri xidməti27 noyabr 2023-cü il
120."UNİNTURKEY" MMC"UNİNTURKEY" layihəsiUniversitetlərə qəbul üçün onlayn vasitəçi xidməti27 noyabr 2023-cü il
121."Metprof" MMC"Metprof" layihəsiİnnovativ reduktorla təchiz edilmiş pambıq yükləyicilərinin istehsalı, qidalanma prosesini optimallaşdıran platforma və mobil tətbiq20 dekabr 2023-cü il
122.“Alfa Hospitality” MMC"Alpha N Hospitality" layihəsiQidalanma prosesini optimallaşdıran platforma və mobil tətbiq20 dekabr 2023-cü il
123.“Trendbazar” MMC"Trendbazar" layihəsiOnlayn ticarət platforması (marketpleys)20 dekabr 2023-cü il
124.“Cybersign” MMC“Kibermaarifləndirmə" layihəsiKibertəhlükəsizlik sahəsində onlayn xidmətlər22.01.2024-cü il
125.“Oneplusone” MMC"Goal+" layihəsiHəvəskar idmançılar üçün onlayn platforma22.01.2024-cü il
126.“Food Lab” MMC"Food Lab" layihəsiRestoran idarəetmə platforması22.01.2024-cü il
127.Novruzzadə Nigar Kamal qızı“N’us Gallery” layihəsiİncəsənət əsərlərinin satışı üçün onlayn platforma22.01.2024-cü il
128.“İni.az” MMC"CagroSoft" layihəsiLogistika şirkətləri üçün ixtisaslaşmış proqram təminatı (SaaS)22.01.2024-cü il
129.Əlizadə Şəmistan Fərman oğlu“Dahi.az” layihəsiŞagirdlər üçün oyun əsaslı onlayn təhsil platforması22.01.2024-cü il
130.“Eattable” MMC“Eattable” layihəsiOnlayn restoran tövsiyə və rezervasiya platforması (mobil tətbiqi)22.01.2024-cü il
131."Vvonder Voyage" MMC“Wondvoy" layihəsiOtel və avtomobil rezervasiya platforması  29.02.2024-cü il
132.“KidFi” MMC“Kidfi” layihəsiMaliyyə savadlılığını və hesablama bacarıqlarını artıran onlayn platforma və mobil tətbiq29.02.2024-cü il
133.“CM Elec Troniq” MMC"Sculptor" layihəsiUltrasəs terapevtik arıqlama cihazının istehsalı29.02.2024-cü il
134.“4YOUKİD” MMC"4You" layihəsiPsixoloji xidmətlər üçün onlayn platforma29.02.2024-cü il
135.Qədirov Ramil Qurban oğlu“PSM-4” layihəsiƏtraf mühitin parametrlərinin qeydə alınması üçün nəzarət-ölçü cihazının istehsalı29.02.2024-cü il
136."Yol Yoldaşı" MMC"Yol Yoldaşı" layihəsiŞəhərlərarası nəqliyyat axtarışı üçün mobil tətbiq18.03.2024-cü il
137."Prodigitrack" MMC"Digital Material Purchasing" layihəsiSatınalma prosesinin təşkili üçün onlayn platforma18.03.2024-cü il
138.Mirzəyev Rafiq Nəriman oğlu“Azprofeed” layihəsiKənd təsərrüfatı və qida tullantılarının emalı ilə alternativ yağ və proteinlərin istehsalı18.03.2024-cü il
139.Əliyeva - Sundhordvik Aygün Azad qızı“Auto Source” layihəsiAtmosferdən suyun generasiyası üçün avadanlığın istehsalı18.03.2024-cü il
140."E-Tibb" MMC“iCheck" layihəsiOnlayn həkim qəbulu üçün mobil platforma 24.04.2024-cü il
141."İmajin Technologies" MMC "İmajin” layihəsiİnteraktiv alış-veriş platforması24.04.2024-cü il
142."Finmarket" MMC“Onepoint” layihəsiKredit təşkilatları üçün onlayn kredit platforması24.04.2024-cü il
143."Troniq" MMC   “RoboRek” layihəsiReklam robotunun istehsalı və satışı24.04.2024-cü il
144."Yoldash" MMM  “Yoldash” layihəsiAvtomobil sürücülərini və sərnişinləri birləşdirən onlayn platforma24.04.2024-cü il
145.Nuşirəvanova Xəyalə Əzizağa qızı  “Zəka Oyunları” layihəsiOnlayn zəka oyunları platforması24.04.2024-cü il


Powered by Froala Editor