Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən KOB subyektlərinin nəzərinə! KOBİA nümayəndə heyəti İzmirdə səfərdə olub Tatarıstan nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Qəbələdə özünüməşğulluq proqramına qoşulmuş vətəndaşlarla görüş keçirilib 800-dən çox biznes subyekti və potensial sahibkar biznes təlimlərdən yararlanıb İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur “Unibroad” təhsil platforması dünyanın ən yaxşı startapları sırasında Azərbaycanlı startapçı “Sculptor” cihazı hazırlayıb “AIM Congress”də ölkəmizi təmsil edəcək startap məlum oldu Samux sahibkarları ilə görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb
KOB könüllülərinin sıraları genişlənir 03.04.19
KOB könüllülərinin sıraları genişlənir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri”nin sırasına yeni könüllülər qoşulub. Artıq Agentliyin regionlardakı KOB dostları ilə birlikdə fəaliyyət göstərən könüllülər də daxil olmaqla KOBİA-da 30 gənc könüllü fəaliyyəti ilə məşğuldur.

Agentlikdə yeni könüllülərin fəaliyyətə başlaması ilə bağlı keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov qeyd edib ki, Agentlikdə “KOB könüllüləri” Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. Bildirilib ki, Agentlikdə könüllü fəaliyyətini başa vurmuş bir sıra gənclər artıq işlə təmin olunub. “KOB könüllüləri” Proqramı barədə gənclərin ətraflı məlumatlandırılması, eləcə də gənclərin KOB könüllüləri sırasına qoşulması üçün Agentliyin www.smb.gov.az saytında xüsusi bölmə yaradılıb. Gələcəkdə Agentlikdə könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.

Sonra Agentlikdə könüllülük fəaliyyətinə yeni qoşulmuş gənclərə KOB könüllülərinin fəaliyyəti barədə ətraflı məlumat verilib, KOB könüllüsü Lamiyə Çobanzadə aktiv fəaliyyətinə görə ayın könüllüsü seçilib.

Powered by Froala Editor