Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndə heyəti İzmirdə səfərdə olub Tatarıstan nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Qəbələdə özünüməşğulluq proqramına qoşulmuş vətəndaşlarla görüş keçirilib 800-dən çox biznes subyekti və potensial sahibkar biznes təlimlərdən yararlanıb İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur “Unibroad” təhsil platforması dünyanın ən yaxşı startapları sırasında Azərbaycanlı startapçı “Sculptor” cihazı hazırlayıb “AIM Congress”də ölkəmizi təmsil edəcək startap məlum oldu Samux sahibkarları ilə görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb Cari ilin I rübündə KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib
KOBİA-nın "Könüllülər ili"nə töhfəsi: "Könüllünün öz/əl kitabı" nəşr olunub 23.04.20
KOBİA-nın "Könüllülər ili"nə töhfəsi: "Könüllünün öz/əl kitabı" nəşr olunub


Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edilib. "Könüllülər ili"nə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və "KOB könülllüləri"nin təşəbbüsü ilə "Könüllünün öz/əl kitabı" nəşr edilib.

Könüllülük fəaliyyətinin təşviqi məqsədilə çap olunmuş kitab işgüzar inkişafında, karyerasında müvəffəqiyyət qazanmaq istəyən, könüllü olaraq ilk addımlarını atan gənclərə, o cümlədən hazırda könüllü olan tələbələrə, həmçinin onların valideynlərinə, fəaliyyətlərinə könüllü cəlb etmək istəyən dövlət və özəl qurumlara ünvanlanıb.

13 min tirajla nəşr olunmuş "Könüllünün öz/əl kitabı" könüllülüyün tarixi, bu sahədə beynəlxalq təcrübə, könüllülərlə işin təşkili, ölkəmizdə fəaliyyət göstərən milli könüllü təsisatları barədə məlumatların yer aldığı 13 bölmədən ibarətdir.

Gənclərin və könüllülərin gələcək fərdi və biznes yönümlü inkişafında, o cümlədən karyera planlamasında əhəmiyyətli vasitələrdən olacaq "Könüllünün öz/əl kitabı" 2020-ci il ərzində ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların könüllülərinə pulsuz olaraq paylanılacaqdır və satıla bilməz.

Powered by Froala Editor