Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startapçı Azərbaycanda ilk dəfə “ağıllı mətbəx” yaradıb 5-ci qrant müsabiqəsinə sənəd qəbulu davam edir 184 kommersiya mübahisəsi “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanında müsbət həll olunub “KOB-ların inkişafı - sahibkarlıq təlimləri” keçirilib “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçiriləcək Klasterləşmə ilə bağlı onlayn görüş keçirilib "AIM Congress" çərçivəsində baş tutan milli tura qeydiyyat başladı! İtaliya şirkəti ilə görüş keçirilib “Gənc startap” sahibkarlıq təlimləri başa çatdı Ucarda sahibkarlarla görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb
Məzun “KOB könüllüləri”nə sertifikatlar təqdim olunub 09.12.19
Məzun “KOB könüllüləri”nə sertifikatlar təqdim olunub

1-9 dekabr Azərbaycanda “Könüllülük Həftəsi” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü fəaliyyətini uğurla başa vurmuş məzun könüllülərə sertifikatlar təqdim edilib.

Bununla bağlı təşkil olunmuş görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov məzun könüllüləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da "KOB Könüllüləri Proqramı" həyata keçirilir. İndiyədək Agentlikdə 100-ə yaxın gənc bu proqram çərçivəsində könüllü fəaliyyətinə cəlb edilib. Hazırda 32 könüllü gənc Agentlikdə və regionlardakı “KOB Dostu” ofislərində fəaliyyət göstərir. Proqramı müvəffəqiyyətlə başa vuran bir sıra gənclər dövlət və özəl qurumlarda işlə təmin edilib.

Powered by Froala Editor