Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
Biznes inkubatorlar


Biznes inkubator – yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin, o cümlədən gənclərin səmərəli sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə onlara kompleks texniki-təşkilati və inzibati-təsərrüfat xidmətləri göstərən resurs mərkəzidir.

Dünyada ilk biznes inkubatorlar ötən əsrin 50-ci illərində ABŞ-da meydana gəlib. Hazırda biznes inkubatorlar bütün dünyada mövcuddur və müvəffəqiyyətlə fəaliyyət göstərir.

Biznes inkubatorlarda sahibkarlıq fəaliyyətinə yeni başlayanlara müxtəlif xidmətlər göstərilir və hər bir inkubatorda bu xidmətlərin sayı fərqli olur. Biznes inkubatorlarda göstərilən başlıca xidmətlər əsasən, ofisin zəruri avadanlıqlarla təmin olunması, mühasibat uçotunun və kargüzarlığın aparılması, biznesin irəliləməsi strategiyasının hazırlanmasında məsləhətlər, sərmayə axtarışı, biznesin aparılması və bu sahədə uğura nail olunması üçün müxtəlif təlimlərin, seminarların keçirilməsi və digər xidmətlərdir.

Azərbaycan Respublikası Prezidentinin gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, yeni biznes və məşğulluq imkanlarının yaradılmasına, gənc sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsinə, regionlarda gənclər arasında işgüzar fəallığın artırılmasına dair tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 2013-cü ildən ölkə regionlarındakı təşəbbüskar gənclər üçün regional biznes inkubatorların yaradılmasına başlanılıb.

Hazırda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində biznes inkubatorlar fəaliyyət göstərir.

Biznes inkubatorda gənclərə biznes ideyanın işlənməsi və sahibkarlıq fəaliyyətinə başlanması üçün mərhələli dəstək tədbirləri nəzərdə tutulur:

- birinci mərhələdə 3 ay müddətində biznes ideyanın hazırlanması üzrə təlimlərin keçirilməsi (biznesin planlaşdırılması, biznesin əsasları, təşkili və idarə edilməsi, marketinq, menecment, elektron xidmətlərdən istifadə və s.);

- ikinci mərhələdə 8 ay müddətində biznes ideyanın həyata keçirilməsi üzrə konsaltiniq və informasiya xidmətlərinin göstərilməsi (biznes inkubasiya prosesi– mühasibat uçotu, əmək və əmlak münasibətləri, vergilərin hesablanması və elektron ödənilməsi, marketinq və reklam, işgüzar əlaqələrin yaradılması və s.);

- üçüncü mərhələdə 1 ay müddətində yuxarıdakı mərhələlərdə verilmiş biliklərin gənclər tərəfindən mənimsənilməsi səviyyəsinin öyrənilməsi üçün monitorinqlərin keçirilməsi, nəticələrin təhlili və qiymətləndirilməsi.

Biznes inkubator iştirakçıları üçün aşağıdakı güzəştlər nəzərdə tutulur:

- treninq və məsləhət xidmətlərinə görə ödəniş nəzərdə tutulmur;

- icarə haqqı üzrə cüzi ödənişlər. İcarə haqqına xüsusi otağın icarəsi, mebel dəsti, kompyuter, printer, faks, telefon, internet, elektrik enerjisi, mərkəzləşmiş isitmə və soyutma sistemindən istifadə daxildir.