Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi“Organic Food Festival 2019” başa çatdı Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcəkBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilirKOBİA qadın sahibkarlığın inkişafının təşkilati modellərini dəstəkləyəcək
Dövlət-Özəl Tərəfdaşlıq Mərkəzi


Əsas məqsədləri:

- Dövlət-Özəl Tərəfdaşlığı (PPP) üzrə layihələrin geniş tətbiq edilməsi üçün müvafiq investisiya mühitinin təkmilləşdirilməsi və beynəlxalq səviyyədə PPP layihələri üzrə tətbiq edilmiş ən yaxşı təcrübələrin ölkəmizdə tətbiqi

- Dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın keyfiyyətcə növbəti mərhələyə yüksəldilməsi və ictimai xidmətlərin təmin edilməsində riskin və məsuliyyətin dövlət və özəl sektor arasında optimal paylaşdırılması

- İctimai infrastruktur və sosial xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və bu sahədə beynəlxalq investisiyaların ölkəmizə axınının stimullaşdırılması

Fəaliyyət istiqamətləri:

- PPP üzrə mövcud qanunvericilik bazasının və bu sahədə biznes mühitinin müntəzəm təhlil edilməsi, eləcə də bu sahədə tövsiyyələrin hazırlanması

- PPP üzrə perspektiv inkişaf planlarının, bu sahədə proqram və layihələrin həyata keçirilməsi üzrə işlək mexanizmlərin hazırlanması və tətbiq edilməsi

- ölkə iqtisadiyyatının prioritet istiqamətləri nəzərə alınmaqla PPP üzrə özəl sektora açılması məqsədəuyğun hesab edilən potensial sahələrin müəyyən edilməsi

- PPP üzrə layihələrin hazırlanması, icrası və qiymətləndirilməsinə dair zəruri qaydaların və metodiki göstərişlərin işlənilib hazırlanması və tətbiq edilməsi

- PPP üzrə proqram və layihələrin hazırlanması və icrasının müvafiq icra orqanları və digər maraqli tərəflər ilə səmərəli əlaqələndirilməsi

- biznes planların, ilkin texniki iqtisadi əsaslandırmaların, texniki iqtisadi əsaslandırmaların və tender sənədlərinin hazırlanması məqsədilə xüsusi fondun (Project Development Facility) yaradılması və idarə edilməsi

- PPP üzrə layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində potensialın gücləndirilməsi və məsləhət xidmətlərinin təmin edilməsi

- PPP üzrə araşdırmaların və tədqiqatların aparılması və zəruri hallarda bu istiqamətdə beynəlxalq və yerli məsləhətçilərin cəlb edilməsi

- PPP üzrə proqram və layihələrinin icrasının monitorinq edilməsi və onların icrasında yaranan çatışmazlıqların və çətinliklərin aradan qaldırılmasına dair texniki yardımın təmin edilməsi

- PPP üzrə beynəlxalq səviyyədə “networking”indən yararlanaraq təcrübə mübadiləsi və təlim səfərlərinin təşkil edilməsi və bu sahədə ən yaxşı təcrübələrin öyrənilməsinin və tətbiq edilməsinin təmin olunması

- PPP üzrə proqram və layihələrə dair ölkə üzrə mərkəzləşdirilmiş informasiya bazasının yaradılması və idarə edilməsi

Təşkilati strukturu:

- Layihələrin hazırlanması və inkişaf etdirilməsi şöbəsi

- Layihələrin monitorinqi və qiymətləndirilməsi şöbəsi

- Biliklərin idarə edilməsi və potensialın gücləndirilməsi şöbəsi