Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıbKOB sahəsində Malayziya təcrübəsi müzakirə edilib Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- dövlət-sahibkar tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı proqram və layihələrində KOB-ların iştirakının genişləndirilməsinin təmin edilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı üzrə bütün maraqlı tərəflərin maarifləndirilməsi və potensialının gücləndirilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı meyarlarına uyğun layihələrin təhlil edilməsi, araşdırılması və həmin layihələrin reallaşdırılması üçün işlərin görülməsi.