Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcəkAzərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunubKOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürübMÜSİAD təşkilatı ilə KOBİA arasında əməkdaşlıq imkanları müzakirə edilibKOB-ların maliyyələşdirilməsinə bankların marağı artır
E-KOB Evi


“E-KOB evi portalı” – sahibkarların işini dövlət qurumları və digər sahibkarlarla əlaqələndirəcək, sahibkarlığın təchizat zənciri sistemini və satınalma şəbəkəsini, sahibkarlara göstərilən xidmətləri, KOB evlərində xidmət göstərənlərin müvafiq məlumat bazalarından istifadəni və digər funksiyaları özündə cəmləşdirəcək elektron sistemdir.

Portal kiçik və orta biznes evlərində (KOB evləri) kiçik və orta biznes subyektlərinə göstərilən xidmətlərin elektron formada vahid platforma üzərindən göstərilməsi üzrə müraciətlərin təqdim edilməsini, qəbulunu, emalını, cavablandırılmasını, uçotunun aparılmasını, istifadəçiləriniştirakçıların əlaqələndirilməsini və portaldan sərbəst istifadəsini, ona inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların əldə edilməsini, eyni zamanda KOB evlərində, eləcə də qurumlar tərəfindən sahibkarlıq subyektlərinə fərqli zamanlarda və fərqli məkanlarda yerinə yetirilməsi planlaşdırılan bütün xidmətlərin göstərilməsini “e-KOB evi” üzərindən təmin edəcək.

İstifadəçilərin portal vasitəsilə xidmət almaq üçün müraciət etmək və bununla bağlı elektron kabinet yaratmaq, iştirakçılara sorğular göndərmək, həmin sorğulara dair cavablar almaq, sahibkarlıq sahəsində hazırlanmış və portalda yerləşdiriləcək hüquqi aktların layihələrinə dair təkliflər vermək, reyestrə daxil olmaq və oradan məlumatlar əldə etmək hüquqları olacaqdır.

Sahibkarlar qurumların onlara göstərdikləri “G2B” (dövlət-biznes) xidmətlərə görə ödəniləcək dövlət rüsumu, xidmət haqları və digər ödənişləri “e-KOB evi” portalı üzərindən həyat keçirə, “B2B” (biznes-biznes) çərçivəsində müxtəlif növ maliyyə, bank, sığorta xidmətləri, eləcə də məsləhət (konsaltinq) xidmətlərindən istifadə edə biləcəklər.