Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıbKOB sahəsində Malayziya təcrübəsi müzakirə edilib Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Elektron ticarət


"Azexport.az" resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. Saytın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.

"Azexport.az" dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan nemətlərini planetin bütün nöqtələrində potensial alıcılara əlçatan edir. Bu missiyanı həyata keçirmək üçün dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri Azərbaycan mallarının daşınması üçün əlverişli şəkildə "Azexport.az"a inteqrasiya olunublar.

Sayt VİSA, Master Card və American Express kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirilməsini təmin edir.