Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
184 kommersiya mübahisəsi “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanında müsbət həll olunub “KOB-ların inkişafı - sahibkarlıq təlimləri” keçirilib “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçiriləcək Klasterləşmə ilə bağlı onlayn görüş keçirilib "AIM Congress" çərçivəsində baş tutan milli tura qeydiyyat başladı! İtaliya şirkəti ilə görüş keçirilib “Gənc startap” sahibkarlıq təlimləri başa çatdı Ucarda sahibkarlarla görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsirinə dair ictimai müzakirə keçirilib Daha 5 mikro sahibkar mənfəət və gəlir vergisindən azad edildi
Karyera imkanları

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi insan kapitalının inkişafına, effektiv və şəffaf kadr siyasətinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

Agentliyin kadr siyasəti yüksək ixtisaslı və peşəkar kadr potensialının formalaşdırılmasına yönəldilib.

Hazırda Agentlikdə yerli ali məktəblərin məzunları ilə yanaşı, dünyanın bir çox aparıcı universitetlərində təhsil almış savadlı və təcrübəli kadrlar çalışır.

Agentlikdə işləməklə Siz, peşəkar, öz işini bilən mütəxəssislərdən ibarət mehriban və səmimi komandada işləmək, eləcə də ixtisasınızı artırmaq, böyük təcrübə toplamaq və daim inkişaf etmək imkanı əldə edəcəksiniz.

Agentlik işçilərinin təhsilinə və peşəkar inkişafına böyük önəm verir, onlara müxtəlif yerli və xarici təşkilatların təşkil etdikləri treninqlərdə, seminarlarda və kurslarda iştirak etmək imkanı yaradır.

Agentlikdə işə qəbul mərhələli müsahibə formasında, şəffaflıq, bərabərlik və qərəzsizlik prinsipləri əsasında həyata keçirilir.

Əgər Siz də, mövcud vakansiyalar üzrə bizə müraciət etmək istəyirsinizsə elektron anket formanızı müraciət etmək istədiyiniz sahə göstərilməklə hr@smb.gov.az   ünvanına göndərə bilərsiniz.

Powered by Froala Editor