Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Çinin "Lookwe" jurnalı KOBİA haqqında Yanğından zərər çəkmiş sahibkarlara dəstək tədbirləri davam etdirilirKiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilibSumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
KOB Evləri


Kiçik və orta biznes (KOB) evləri – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada həyata keçirildiyi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölmələridir.

KOB evlərinin fəaliyyətinin məqsədləri - sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsi, sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətlərinin göstərilməsi, biznes ideyasına malik şəxslərin ideyalarının dəqiqləşdirilməsi və sahibkarlıq fəaliyyətinə başlamalarına şərait yaradılması, yeni biznes ideyaların və startapların dəstəklənməsi, kiçik və orta biznes subyektlərinin hüquqlarının, maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edilməsidir.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 9.2-ci bəndinə əsasən mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə vahid “G2B” (dövlət–biznes) elektron reyestrə daxil olan xidmətlərin göstərilməsi və hüquqmüəyyənedici sənədlərin verilməsi, həmin reyestr fəaliyyətə başlayana qədər isə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” üzrə xidmətlərin KOB evləri vasitəsilə həyata keçirilməsi müəyyən edilmişdir.



Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 iyun tarixli 148 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir

Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı

Sıra №-si

Dövlət orqanının adı

Göstərdiyi xidmətlər

1

2

3

1.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

1. kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması

2. kommersiya hüquqi şəxslərinin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi

3. kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması

4. fiziki şəxslərin vergi uçotundan çıxarılması

5. nəzarət-kassa aparatının qeydiyyatı və qeydiyyatdan çıxarılması

6. vergi bəyannamələrinin qəbul edilməsi

7. “ASAN imza”nın verilməsi

2.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1. əmək müqaviləsi bildirişlərinin qeydiyyatı

2. dövlət sosial sığorta şəhadətnaməsinin verilməsi

3. məcburi dövlət sosial sığortası üzrə hesabatların qəbulu

4. məşğulluq (o cümlədən özünüməşğulluq) xidməti

3.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

1. səlahiyyətli iqtisadi operator statusunun verilməsi

2. gömrük prosedurları ilə bağlı icazələr alınması

3. malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi

4. rüsumsuz ticarət mağazasının yaradılması

5. hasilatın pay bölgüsü sazişlərinə əsasən, subpodratçılara idxal zamanı rüsum və vergilərdən azadolunma sertifikatının verilməsi

6. yük müşayiət sənədlərinin (Bar code, CMR, AWB, Invoice, Packing list, Certificate of Origin) mal sahibinə təhvil verilməsi

7. malın gömrük dəyərinin müəyyənləşdirilməsi

4.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

1. lisenziyaların verilməsi

2. aşağıdakı icazələrin verilməsi:

- xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi

- sənaye parkının qeydiyyat şəhadətnaməsi

- investisiya təşviqi sənədi

- sənaye, yaxud texnologiyalar parklarının rezidentinə, idarəedici təşkilatına və operatoruna, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənəd

- malın mənşə ölkəsini təsdiq edən sertifikat

3. AZPROMO-nun göstərdiyi xidmətlər

4. kommersiya hüquqi şəxslərinə münasibətdə qrantların qeydiyyatı

5. məsləhət və əlaqələndirmə xidmətləri göstərilməsi:

- “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin fəaliyyəti üzrə

- Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti üzrə

5.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi

6.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

1. su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi

2. dövlət ekoloji ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert rəyinin verilməsi

3. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verilməsi

4. balıqovlama biletinin verilməsi

5. zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, belə kolleksiyaların Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə verilməsi

6. kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) verilməsi

7. yaşıllığın götürülməsi vərəqinin verilməsi

8. yerin təkindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə müəyyən sahələrə “Dağ-mədən ayırması” statusunun verilməsi

9. geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi

7.

Azərbaycan Respublikasının Energetika Nazirliyi

1. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə verilməsi

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazə verilməsi

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi

4. sənaye qaz qurğusunun istismarına icazə verilməsi

5. neft və neft məhsullarının emalına icazə verilməsi

8.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

1. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə verilməsi

2. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi

3. təhlükə potensiallı obyektlərin dövlət reyestrinə daxil edilməsi barədə çıxarışın verilməsi

4. ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübə-konstruktor işlərinə dair icazə verilməsi

5. ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələndirilməsinə, hazırlanmasına, yerləşdirilməsinə, inşasına, istismarına və istismardan çıxarılmasına icazə verilməsi

6. ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələndirilməsinə və hazırlanmasına icazə verilməsi

9.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

1. “Aqrolizinq” ASC-nin göstərdiyi xidmətlər

2. Kənd Təsərrüfati Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı əlaqələndirmə və məsləhət xidmətinin göstərilməsi

10.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğasının vurulması

11.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

1. mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi

2. sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi

12.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

turizm obyektlərinin xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq sənədlərin verilməsi

13.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

1. beynəlxalq avtomobil daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən “İcazə” blankının verilməsi

2. Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara xarici ölkələrin “İcazə” blankının verilməsi

3. Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergiödəyicilərinə hər bir avtomobil nəqliyyatı vasitəsi üçün “Fərqlənmə nişanı”nın verilməsi

4. vergiödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özlərinə məxsus yüklərin daşınmasında istifadə etdikləri avtomobil nəqliyyatı vasitələri üçün “Xüsusi fərqlənmə nişanı”nın verilməsi

5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşımanın təşkili) haqqında müqavilənin bağlanması

6. təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi

7. nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilənin bağlanması

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi radioelektron vasitələrinin istifadəsinə icazə vərəqəsinin verilməsi

9. texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi

10. texnoloji biznes inkubatoruna qeydiyyat şəhadətnaməsinin verilməsi

11. texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru tərəfindən texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi

12. avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsi

13. dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrə uyğun sənədlərin verilməsi

14. gəmi agenti xidmətləri göstərilməsi üçün sertifikat verilməsi

15. dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə şəhadətnamənin verilməsi

16. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti üzrə əlaqələndirmə və məsləhət xidmətləri göstərilməsi

17. e-imzanın verilməsi

14.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

1. gəminin sanitariya nəzarətindən keçməsi və ya sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamə verilməsi

2. dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi

3. dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilməsi

4. “Psixotrop vasitələr haqqında” Konvensiyanın 1-ci və 2-ci siyahılarında nəzərdə tutulmuş psixotrop maddələrin idxalına və ixracına icazə verilməsi

15.

Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin, uyğunluğunun qiymətləndirilməsi ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsi

16.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

1. ixtira, faydalı model, sənaye nümunəsinin qeydiyyatı

2. elmi-texniki nailiyyətlərin, yeni texnologiya və avadanlığın ixracı ilə əlaqədar rəylərin verilməsi

3. əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı

4. yeni ideyaların müəllif hüququnun qeydiyyatı ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsi

17.

Azərbaycan Respublikasının Auditorlar Palatası

auditor adı almaq üçün ixtisas imtahanının nəticələrini təsdiq edən sənədin verilməsi

18.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi

19.

Bakı Nəqliyyat Agentliyi

1. Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergiödəyicilərinə hər bir avtomobil nəqliyyatı vasitəsi üçün “Fərqlənmə nişanı”nın verilməsi

2. vergiödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özlərinə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün “Xüsusi fərqlənmə nişanı”nın verilməsi

3. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşınmanın təşkili) haqqında müqavilənin bağlanması

20.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarışın verilməsi

2. idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyatı şəhadətnaməsinin verilməsi

3. qida təhlükəsizliyi sertifikatının verilməsi

4. ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənədin (baytarlıq şəhadətnaməsi, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişanın) verilməsi

5. ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının verilməsi

6. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, daxili karantin sertifikatının verilməsi

7. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi

21.

Azərbaycan Milli Elmlər Akademiyası

texnologiyalar parklarının rezidentinə, idarəedici təşkilatına və operatoruna texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi

22.

Rayon (şəhər) icra hakimiyyətləri

1. ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə müqavilə bağlanması

2. tikintiyə icazə verilməsi

3. tikinti obyektinin istismarına icazə verilməsi

4. səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə icazə verilməsi

23.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

rəsmi statistik hesabatların qəbul edilməsi

24.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi

daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı

25.

“Azəriqaz” İB,

“Azərişıq” ASC,

“Azərsu” ASC

1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə texniki şərtlərin verilməsi

2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid abonentlərə eyniləşdirmə aktlarının verilməsi

3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin adlarının dəyişdirilməsi

4. yeni istehlakçının qeydiyyata alınması və kartların verilməsi

26.

"Azərbaycan Hava Yolları" QSC,

“Azərbaycan Dəmir Yolları” QSC,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

sifarişlərin qəbulu, onların icrası ilə bağlı əlaqələndirmə və məlumatlandırma

27.

Azərbaycan Respublikasının Gənclər Fondu

mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək layihələrin dəstəklənməsi və məlumatlandırma

28.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək layihələrin dəstəklənməsi və məlumatlandırma

29.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

1. mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün kredit zəmanətinin verilməsi

2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərin faizlərinin subsidiyalaşdırılması ilə bağlı müraciətlərin qəbulu