Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB Dostu” artıq Abşeronda Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilibAsiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib Sahibkarların nəzərinə!
KOB Maraqlarının Müdafiəsi


Sahibkarların şikayətlərini qəbul etmək, araşdırmaq, çevik həlli ilə bağlı müvafiq tədbirlər görmək, habelə KOB subyektlərinin qanuni maraqlarının qorunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə araşdırmalar, təhlillər, monitorinqlərin təşkili məqsədi ilə Agenlikdə Kiçik və orta biznesin maraqlarının müdafiəsi departamenti yaradılmışdır.

Departamentinin əsas fəaliyyətl istiqamətlərindən biri də kiçik və orta biznes subyektlərinin maraqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarların fəaliyyətinə aid olan normativ hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflər vermək, layihələr hazırlamaq, onların hazırlanmasında iştirak etmək, həmçinin sahibkarların fəaliyyəti ilə əlaqədar yarana biləcək mübahisələrin məhkəmədənkənar qaydada mediasiya yolu ilə həll etməkdir.

Bundan başqa, KOB subyektlərinin maraqlarının qorunması mexanizmlərinə dair onların maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlər keçirmək və bu mexanizmlərin tətbiqində KOB subyektlərinə yardımçı olmaqdan ibarətdir.

Həmçinin, KOB subyektlərində dövlət nəzarətini həyata keçirəntəşkilatlar tərəfindən təşkil olunan yoxlamalarda qanunvericiliklə müəyyən edilmiş qayda və hallarda müşahidəçi kimi iştirak etmək hüququna malikdir.