Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
KOB İnkişaf Fondu


Kiçik və orta biznesin inkişafı fondları (KOB İnkişaf Fondları) - ölkəmizdə KOB-ların inkişafı və onların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, "KOB klaster" layihələrinə maliyyə dəstəyinin verilməsi, KOB-ların inkişafı məqsədi ilə xidmətlər (iqtisadi və bazar araşdırmaları, layihələrin ekspertizası, dəyərləndirilməsi və maliyyələşməyə və investisiyalara hazırlanması və s.) göstərmək, innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləmək, habelə KOB-ların investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək və birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılıb.

Fondun əsas vəzifələri aşağıdakılardır:
  • Dövlət və Agentlik tərəfindən Fonda ayrılmış və cəlb edilmiş vəsaitlərdən səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək;
  • KOB-ların ixracyönümlü layihələrini araşdırmaq, onların iqtisadi səmərəliliyini qiymətləndirmək, innovasiyayönümlü layihələri inkişaf etdirmək, maliyyə dəstəyi göstərmək və xarici investisiyalar cəlb etmək;
  • KOB-ların xarici bazarlarda fəaliyyətinin gücləndirilməsini təmin etmək məqsədi ilə layihələrin (KOB Klaster layihələrinin) maliyyələşdirilməsi üçün maliyyələşmə və investisiya cəlb etmək;
  • KOB subyektləri üçün müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə Fonda ayrılmış və cəlb edilmiş vəsait və zəmanətlər hesabına güzəştli maliyyə resurslarından istifadə imkanını genişləndirmək;
  • KOB-larla yerli və xarici hüquqi şəxslər arasında texnoloji (‘know-how’) transferin reallaşması məqsədilə investisiyalar cəlb edilməsini təşkil etmək;
  • KOB-ların yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, innovasiyaların təşviqi və stimullaşdırılma üzrə layihələri maliyyələşdirmə və investisiya ilə təmin etmək;
  • KOB-ların bilik və bacarıqlarını artırmaq;
  • Fonda ayrılmış və cəlb edilmiş vəsait hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;
  • KOB-ların inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;
  • İnnovasiya məhsulları təklif edən KOB-larla sahibkarlar arasında əlaqələndirici rolunda çıxış etmək və bu məqsədlə sahibkarlara məsləhət-ekspert xidmətləri göstərmək, onların bilik və bacarıqlarını artırmaq.