Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi“Organic Food Festival 2019” başa çatdı Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcəkBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilirKOBİA qadın sahibkarlığın inkişafının təşkilati modellərini dəstəkləyəcək
KOB İnkişaf Mərkəzləri


KOB inkişafı mərkəzi - mikro, kiçik və orta biznes (KOB) sahəsində inkişafı dəstəkləyir, bu sahədə müxtəlif tədbirləri vahid məkanda və əlaqələndirilmiş formada təşkil edir.


KOB inkişafı mərkəzinin tərkibində aşağıdakı bölmələr fəaliyyət göstərir:

- Startaplarla, elm və təhsil mərkəzləri ilə iş bölməsi;

- Klasterlərlə, sənaye və texnologiya parkları ilə iş bölməsi;

- İnvestor və maliyyə təşkilatları ilə iş bölməsi;

- İnnovasiya bölməsi.

KOB inkişafı mərkəzinin yaradılmasında məqsəd sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması üçün onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətlərinin göstərilməsi, sahibkarlar üçün effektiv konsaltinq və informasiya dəstəyi sisteminin formalaşdırılması, sahibkarların hüquqlarının müdafiəsinə dəstək məqsədi ilə onların maarifləndirilməsi, biznes strukturlarının innovasiya fəaliyyətinin dəstəklənməsi, biznes təşəbbüsləri olan, yeni fəaliyyətə başlamaq istəyən, yeni fəaliyyətə başlayan və uğurlu sahibkarların dəstəklənməsi, yeni növ məhsulların (iş və xidmətlərin) yaradılmasının və istehsalının stimullaşdırılması, sahibkarlar tərəfindən yeni texnologiyaların və ixtiraların mənimsənilməsinə yardım göstərilməsi, sahibkarların elektron xidmətlərdən geniş istifadəsinin təşkil edilməsi, regionların investisiya cəlbediciliyinin artırılması üçün təkliflərin verilməsi, sahibkarlıq fəaliyyəti üçün sosial mühitin yaxşılaşdırılması istiqamətində işlərin aparılması, sahibkarların potensialından düzgün istifadəsinə dəstək göstərilməsdir.


KOB inkişafı mərkəzinin fəaliyyət istiqamətləri

- Agentliyin Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müəyyən olunmuş hüquq və vəzifələrin elm, təhsil, innovasiya, təlim və digər sahələr ilə əlaqələndirilmiş formada həyata keçirilməsinin təşkil edilməsi;

- sahibkarlığın inkişafına, əsasən də innovasiyaya əsaslanan sahibkarlığın inkişaf etdirilməsinə dəstək göstərilməsi;

- startapların, ailə biznesinin, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın inkşafının təşviqi;

- sahibkarlığın qarşısında duran problemlərin müəyyən olunması məqsədilə sorğuların keçirilməsi, monitorinq və qiymətləndirilmələrin aparılması;

- sahibkarların inkişafı üçün müxtəlif təlim proqramlarının hazırlanması;

- sahibkarlığın inkişafı istiqamətində müxtəlif təlimlərin, seminarların, praktiki təcrübə proqramlarının təşkil edilməsi, təşviqatın aparılması;

- sosial sahibkarlığın (özünüməşğulluğun) inkişafına yardım göstərilməsi, normativ-hüquqi bazasının formalaşdırılmasında iştirak;

- sahibkarların yeni ixtisaslaşdırılmış biznes assosasiyalarının və ictimai birliklərin yaradılması üçün onların maarifləndirilməsi.