Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla daha bir görüş“Müəssisələrdə satış, marketinq, satışdan sonrakı xidmətlər” mövzusunda təlim keçiriləcəkKOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilibKOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib
Lisenziyalar və icazələr


Sahibkarlar İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 24 fəaliyyət növü üzrə lisenziyaların alınması üçün elektron müraciət edə bilərlər. Lisenziya alınması üçün istifadəçi gücləndirilmiş elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü seçir. Portalda seçilən lisenziyaya uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmadıqda, seçilmiş fəaliyyət növü üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

İstifadəçi “Lisenziyalar və icazələr” portalı vasitəsilə müraciətin icra prosesini izləyir, lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyir və lisenziya gücləndirilmiş elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir.