Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Çinin "Lookwe" jurnalı KOBİA haqqında Yanğından zərər çəkmiş sahibkarlara dəstək tədbirləri davam etdirilirKiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilibSumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
İnvestisiyaların təşviqi


Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə “investisiya təşviqi sənədi”nin verilməsi qaydaları təsdiqlənib. Məqsəd investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2-ci bəndinə uyğun olaraq, investisiyaların təşviqi ilə bağlı mexanizmin təkmilləşdirilməsidir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

- 7 il müddətində fərdi sahibkarın gəlirinin, hüquqi şəxsin isə mənfəətinin 50%-i vergidən azad olma;

- İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalının həyata keçirilməsi 7 il müddətinə ƏDV-dən azad olma;

- investisiya təşviqi sənədi alındığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azad olma;

- investisiya təşviqi sənədi alındığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad olma;

- İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumlarından azad olma.

Sahibkar qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun biznes layihəsi üçün investisiya təşviqi sənədini almaq məqsədilə müvafiq sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.