Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Ömür boyu öyrənmək


Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOS-lar üçün “ömür boyu öyrənmək” imkanlarının təmin olunması nəzərdə tutulur.

KOS subyektlərinin bilik və bacarıqlarının artırılması üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi üzrə xidmətlər göstərən dövlət və özəl qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə İqtisadiyyat nazirinin 4 dekabr 2018-ci il tarixli əmri ilə Komissiya yaradılıb.

Komissiyaya Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov rəhbərlik edir. Komissiyada İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Təhsil, Maliyyə, Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər nazirliklərinin müvafiq təlim-tədris mərkəzlərinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və özəl şirkətlərin nümayəndələri təmsil olunur.

Komissiya KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi sahəsində göstərilən dövlət dəstəyinin əlaqələndirilməsi, KOS-ların rəqabətqabiliyyətliliyinin artırılması üçün onların təlim-tədris ehtiyaclarının öyrənilməsi, təlim proqramlarının hazırlanması və bu barədə KOS-lara təlim keçən dövlət və özəl qurumların məlumatlandırılması, iqtisadiyyatın perspektiv və prioritet sahələri, həmçinin hədəf qruplar üzrə praktik biliklər verən xüsusi təlimlərin keçirilməsi, təlimlərin səmərəliliyinin qiymətləndirilməsi və müvafiq təkmilləşdirmə tədbirlərinin görülməsi məqsədilə təkliflərin hazırlanması kimi istiqamətlərdə fəaliyyət göstərir.


“Ömür boyu öyrənmək” imkanlarını təqdim edən dövlət və özəl qurumlar

KOB-ların ömür boyu öyrənmək imkanları müzakirə edilib

Ömür boyu öyrənmək imkanları dəyirmi masada müzakirə edilib

Təhsil sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib