Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla daha bir görüş“Müəssisələrdə satış, marketinq, satışdan sonrakı xidmətlər” mövzusunda təlim keçiriləcəkKOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilibKOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib
Qəbul qaydası


KOB Könüllü fəaliyyətinə bizimlə başlamaq istəyirsən?

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü fəaliyyətininin təmin olunması məqsədilə könüllü qəbulu qaydaları


Könüllü fəaliyyət zamanı könüllülərin əldə edəcəkləri:

  • 3 aylıq könüllü fəaliyyəti gedişatında yüksək təcrübə;
  • Komandada operativ işləmək bacarığı;
  • Biznes yönümlü idarəçilik biliklərinin formalaşdırılması;
  • Təlimlərin məqsədinə uyğun olaraq rəqabətə davamlı inkişafın təməli.


Könüllülük proqramında könüllülərin seçim meyarları:

  • Uyğun istiqamətdə ixtisas əsasa alınır (əsasən biznes-menecment ixtisasına üstünlük verilir);
  • Biznes mühitini öyrənmək və praktik sahədə tətbiq etmək istəyinin olması;
  • Sərbəst araşdırma bacarığının olması;
  • Sosial şəbəkələrdə aktiv profilin mövcudluğu;
  • Kompyuterdə ən azından Microsoft Office proqramlarını (Word, PowerPoint, Excel) bilməsi;
  • Komandada sərbəst şəkildə işləmək bacarığının olması;
  • Ünsiyyətcillik, işgüzarlıq, təşəbbüskarlıq qabiliyyətinin olması;
  • Kreativ ideyalarının açıq şəkildə ifadə etmək bacarığı.
  • Dil biliklərinin olması (rus, ingilis və s.)


Könüllülüyə namizədliyin verilməsi və prosesi

“KOB Könüllü” proqramına qoşulmaq istəyən namizəd, ilkin olaraq Kiçik və Orta Biznesin inkişafı Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş linkinə daxil olaraq qeydiyyatdan keçməli və "KOB Könüllüsü" ol keçid alaraq lazımi məlumatları bazaya yerləşdirilməlidir.

Seçim meyarlarına uyğun namizədlər seçim mərhələsinə cəlb olunacaqlar.

“KOB Könüllü” proqramının sonunda fəaliyyətini uğurla başa vurmuş hər bir könüllü müvafiq qiymətləndirməyə əsasən sertifikatla təmin olunacaqlar.

Yeni başlayacaq hər bir KOB Könüllüsünə biznesin inkişafı yönündə geniş uğurlar qazandımağı, həm nəzəri, həmdə praktiki olaraq Azərbaycanın gələcəyi naminə ən məhsuldar formada fəaliyyəti reallaşdırmaq arzusundayıq!