Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB Dostu” artıq Abşeronda Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilibAsiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib Sahibkarların nəzərinə!
Sahibkarların investisiya təminatının gücləndirilməsi


Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli Sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılmışdır. Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Belə ki, sement istehsalının genişləndirilməsi, gəmiqayırma şirkətinin yaradılması, qida məhsullarının emalı, logistika və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı konkret addımlar atılmaqdadır.

Azərbaycan İnvestisiya Şirkəti tərəfindən aşağıdakılar reallaşdırılır:

İnvestisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsi;

Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsi;

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsi;

Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların maliyyəsinin cəlb edilməsi;

İri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması.

Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı şirkətin www.aic.az internet səhifəsindən əldə edə bilərsiniz.