Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
Sədrin müraciəti



Hörmətli sahibkarlar,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı inkişaf siyasətinin aparıcı istiqaməti olan sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətə başlaması münasibətilə Sizi təbrik edir və Agentliyin internet səhifəsi vasitəsilə Sizi salamlamaqdan məmnunluq duyuram.

Məlum olduğu kimi, ötən illər ərzində cənab Prezidentin müəyyən etdiyi strateji xəttin ardıcıl reallaşması və bu məqsədlə həyata keçirilən sistemli islahatlar nəticəsində sahibkarlığın ölkə iqtisadiyyatında rolu əhəmiyyətli dərəcədə artmışdır. Təbii ki, bu biznes mühitin əlverişliliyinin artırılması, sahibkarlığa çoxsaylı dəstək mexanizmlərinin yaradılması ilə mümkün olmuşdur. Fəaliyyətimiz bu illər ərzində qazanılmış uğurlara söykənərək hazırki inkişaf mərhələsinin çağırışlarına uyğun siyasətin həyata keçirilməsinə yönələcəkdir.

Əsas məqsədimiz kiçik və orta biznes üçün dəstək tədbirlərinin əhatə dairəsinin, biznes mühitinin əlverişliliyinin daha da artırılması, tənzimləmə sisteminin səmərəliliyinin yüksəldilməsi, idarəetmədə şəffaflığın tam təmin edilməsi vasitəsilə bu sektorun davamlı inkişafına nail olmaqdan ibarət olacaqdır. Hazırda Agentlik tərəfindən yaradılmaqda olan KOB Evləri və vahid elektron platforma üzərindən e-KOB portalı çoxsaylı dəstək və xidmətlərə rahat, maneəsiz çıxış imkanlarınızı təmin edəcəkdir. Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir.

Bu hədəflərə nail olmaq üçün fəaliyyətimizi sahibkarlarla, onların ictimai birlikləri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirəcəyik. Bu baxımdan, Sizi əməkdaşlığa dəvət edir və birgə səylərimizin ölkə Prezidentinin müəyyən etdiyi strateji xəttin reallaşmasına əhəmiyyətli tövhə verəcəyinə əminliyimi Sizinlə bölüşürəm.

İdarə Heyətinin sədri
Orxan Məmmədov