Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yeni yem emalı müəssisələri fəaliyyətə başlayıbQazax rayonunda yem emalı müəssisəsi istifadəyə verilibMaliyyə savadlığının artırılmasına dair təlim keçirilibSahibkar və menecerlər Almaniyada təcrübə keçəcək Horadizdə “KOB Dostu” fəaliyyətə başlayıb, Cocuq Mərcanlıda bal emalatxanası və satış məntəqəsi açılıb
Ümumi məlumat


KOB Könüllüləri Proqramı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində “KOB Könüllüləri” fəaliyyətinin tənzimlənməsinə dair Qaydalara, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa və Agentliyin Nizamnaməsinin 3.1.11-ci, 3.1.34-cü və 3.1.62. yarımbəndlərinə və digər əlaqəli normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanıb.

KOB Könüllülərinin məqsədi

1.Gənclərin (ali, əlavə, orta ixtisas, ilk-peşə-ixtisas təhsil müəssisələrinin tələbələrinin və digər şəxslərin) dünyagörüşlərinin genişləndirilməsi, ixtisas biliklərinin artırılması, gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması;

2. Agentliyin Nizamnaməsi və digər əlaqəli normativ-hüquqi aktlar əsasında Agentlik tərəfindən dövlət orqanları, qeyri-hökumət təşkilatları və kiçik və orta biznes subyektlərində gənclərin könüllü fəaliyyətinin təşkili və təşviqi;

3. Sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin (“Young Internship Programmes”) təşviqi və bu sahədə koordinasiyanın həyata keçirilməsi üçün, eləcə də ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və özəl-biznes müəssisələri ilə əməkdaşlıq etmək.

KOB Könüllüləri Proqramında iştirak edəcək hər bir könüllüyə aid müəyyən edilmiş vəzifə təlimatı həmin könüllülərin xidmət etdiyi mərkəzlərdə Mərkəzin rəhbərliyi tərəfindən könüllüyə vəzifə təlimatı və daxili-intizam qaydaları, eləcə də bank hesab kartı, həyatının sığorta olunmasına dair müvafiq sənəd təqdim edilir.

KOB Könüllülük Proqramında iştirak 3 ay nəzərdə tutulur. Könüllülük fəaliyyətində iştirak edən şəxslər müvafiq olaraq, Agentliyin struktur bölmələrində (“KOB Dostu”, “KOB Evi”, “KOB İnkişaf Fondları”, Aparat) könüllü xidmətə cəlb olunur.

Könüllülük fəaliyyətinin sonunda iştirakçılara müvafiq qiymətləndirməyə əsasən dərəcəli sertifikatlar təqdim edilir.