Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir “Biznes-modelin və biznes-planın hazırlanması” mövzusunda təlim keçiriləcək
İxraca Dəstək


Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanı ilə “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” təsdiq edilib.

• İxrac missiyalarının təşkili

Hər ixrac missiyasının müddəti 6 (altı) gündən və hər ixrac missiyasında iştirak edən ixracatçıların sayı 30 (otuz) nəfərdən artıq ola bilməz. Hər ixrac missiyasında ixracatçı bir nümayəndə ilə təmsil edilə bilər. İxrac missiyasının sayı təqvim ili ərzində 25-dən (iyirmi beşdən) çox ola bilməz.

İxrac missiyasında iştirak edən ixracatçıların xarici ölkəyə səfəri ilə bağlı təşkilati işləri (viza, mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri Nazirlik təmin edir.

• Alıcı missiyalarının təşkili

Hər alıcı missiyasının müddəti 6 (altı) gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10 (on) nəfərdən artıq ola bilməz. Hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər.

Alıcı missiyalarının sayı təqvim ili ərzində 20-dən (iyirmidən) çox ola bilməz.

Alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı təşkilati işləri (mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri Nazirlik təmin edir.

• Bazar araşdırmasına dəstək

Bazar araşdırması ixracatçıların sifarişi əsasında həyata keçirilir.

Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarlarını Nazirlik müəyyən edir.

Bazar araşdırması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin seçdiyi ixtisaslaşmış yerli, yaxud xarici hüquqi və ya fiziki şəxslərlə bağlanılan satınalma müqaviləsi əsasında həyata keçirilir.

Hər bir bazar araşdırmasına görə ödənilən dəstək məbləği 30 000 (otuz min) manatdan artıq ola bilməz.

Araşdırmanın nəticələri sifariş vermiş ixracatçıya və Azərbaycan Respublikasının qeyri-neft məhsullarının digər ixracatçılarına əvəzsiz olaraq təqdim edilir.

• “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi

- beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak;beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak;

- dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi;

- xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili;

- xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrində “Made in Azerbaijan” brendinin təbliği;

- Beynəlxalq sərgi və (və ya) yarmarkalarda vahid ölkə stendi ilə iştirak aşağıdakı qaydada həyata keçirilir: