Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB könüllüləri”ndən nümunəvi aksiya“KOB könüllüləri”ndən özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlara dəstək Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir​Almaniya Azərbaycan şirkətlərinin layihələrini dəstəkləməyi təklif edir KOBİA sahibkarlarla onlayn görüşlər keçirir
Almaniyada keçiriləcək ixtisasartırma kursu üçün sənəd qəbulu başa çatıb 01.10.2019
Almaniyada keçiriləcək ixtisasartırma kursu üçün  sənəd qəbulu başa çatıb

2020-ci ildə Almaniyada keçiriləcək “İqtisadi kooperasiya” üzrə ixtisasartırma və təcrübə kursunda iştirak etmək üçün 50-dən çox gənc sahibkar və menecer Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.

Müraciətlərin dəyərləndirilməsi və uyğun namizədlərin seçilməsi üçün Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssisləri tərəfindən oktyabr ayında KOBİA-da müsahibə təşkil olunacaqdır.

2009-cu ildən etibarən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində indiyədək 419 sahibkar və menecer Almaniyanın müxtəlif şəhərlərində yerləşən tədris mərkəzlərində treninq və istehsal müəssisələrində təcrübə keçiblər. Proqramda iştirak müsabiqə əsasında həyata keçirilir. Bir ay davam edən kurs müddətində yeni bilik və bacarıqlara, beynəlxalq təcrübəyə yiyələnən, Almaniyanın qabaqcıl şirkətləri ilə əlaqələr quran sahibkar və menecerlər ölkəmizdə yeni məhsul və xidmətlər yaradıb, mövcud sahibkarlıq fəaliyyətlərini genişləndiriblər.

Məlumat üçün bildirək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın Azərbaycan üzrə əlaqələndiricisi KOBİA, Almaniya tərəfindən isə GİZ-dir.