Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“Milli KSM mükafatı 2019” müsabiqəsinə yekun vurulubSahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilibDövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədinin təqdimatı keçirilib KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb
Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir 15.07.2019
Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkə regionlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlara dəstək məqsədilə BP və onun tərəfdaşlarının həyata keçirdiyi Sahibkarlığın İnkişafı Proqramı çərçivəsində “Kənd təsərrüfatı sektorunda KOB-ların inkişafına dəstək” təlimlərinə start verib.

Bu təlimlər regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların öz fərdi təsərrüfatlarında keçirilir. Təlimlərin fərdi təsərrüfatlarda təşkil edilməsinin başlıca üstünlüyü sahibkarlar üçün daha faydalı və praktik olması, eləcə də təsərrüfatın düzgün idarə edilməsi, mövcud resurslardan daha səmərəli istifadə, planlaşdırma, məhsuldarlığın artırılması kimi məsələlərlə bağlı yerindəcə tətbiqi biliklərə yiyələnmək imkanının yaradılmasıdır.

Yevlax, Ağdaş və Tovuz rayonlarında istixana təsərrüfatı, toxum istehsalı, heyvandarlıq və meyvəçiliklə məşğul olan KOB-lar üçün təşkil olunmuş təlimlər artıq başa çatıb. Hazırda təlimlər ölkənin digər rayonlarında davam etdirilir.

Təlimləri uğurla başa vuran və əldə etdiyi bilikləri fərdi təsərrüfatlarında tətbiq edən KOB-lara sertifikatlar veriləcəkdir.

KOBİA-nın “KOB Dostu” şəbəkəsi vasitəsilə reallaşdırılan və “Ekvita” şirkəti tərəfindən icra olunan təlimlər üç istiqamətdə - əməyin mühafizəsi, keyfiyyətin qiymətləndirilməsi və maliyyənin idarə edilməsi sahələrində aparılır.