Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilibKiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilibKOBİA ilə Bakı Ali Neft Məktəbi Anlaşma Memorandumu imzaladı
Aqrar sahədə standartlara və sertifikatlaşdırmaya dair seminar təşkil olunub 06.03.2019
Aqrar sahədə standartlara və sertifikatlaşdırmaya dair seminar təşkil olunub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “SGS Azeri” MMC-nin təşkilatçılığı ilə sahibkarlar üçün “Kənd təsərrüfatı məhsullarının ixracı üzrə əkinçilik standartları və sertifikatlaşdırma prosesi” mövzusunda seminar keçirilib.

Tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu sahədə idxal və ixracla məşğul olan 80-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədr müavini Faiq Abbasov Agentliyin fəaliyyəti, sahibkarların məlumatlandırılması məqsədilə təşkil olunan təlim və seminarlar barədə məlumat verib.

“SGS Azeri” MMC-nin rəhbəri Seymur Ağayev isə tədbir iştirakçılarını seminarın məqsədi və mövzuları barədə məlumatlandırıb.

Seminarda yerli və xarici mütəxəssislərin “Kənd təsərrüfatı sahəsində keyfiyyətin artırılmasının inkişafına dəstək mexanizmləri”, “Toxumçuluğun inkişafı, prosesin optimallaşdırılması və texniki qulluq”, “Kənd təsərrüfatı məhsullarının beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması, ixrac coğrafiyasının genişləndirilməsi”, “Bitkiçilik sahəsində əsas standartlar və tələblər”, “Sertifikatlaşdırma prosesi və onun zəruriliyi” mövzularında məruzələri dinlənilib, iştirakçıları marqlandıran suallar cavablandırılıb.