Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıbKOB sahəsində Malayziya təcrübəsi müzakirə edilib Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Azərbaycan və Qətər KOB sahəsində potensiallarından istifadə edərək əlaqələri genişləndirəcək 25.12.2019
Azərbaycan və Qətər KOB sahəsində potensiallarından istifadə edərək  əlaqələri genişləndirəcək

Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişafından, əlaqələrin genişləndirilməsi üçün görülən işlərdən məmnunluq ifadə olunub, hər iki ölkənin kiçik və orta sahibkarlıq sahəsində böyük potensiala malik olduğu vurğulanıb.

KOB sahəsində əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa göstərilən dəstək, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verilib. Qətər Dövlətinin səfiri Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkəmizdə KOB sektorunun gücləndirilməsi üçün görülən işləri yüksək qiymətləndirib.

Görüşdə KOBİA ilə Qətərin KOB sahəsində fəaliyyət göstərən qurumları arasında əlaqələrin inkişafına, müvafiq sahədə əldə olunmuş nailiyyətlərlə tanışlıq və təcrübə mübadiləsi məqsədilə 2020-ci ildə Qətərə səfərin təşkilinə, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun keçirilməsinə, investisiya layihələrinin qarşılıqlı mübadiləsinə, Qətər iş adamlarının iştirakı ilə ölkəmizdə birgə müəssisələrin yaradılmasına, gələn il KOB-larla bağlı Qətərdə təşkil olunacaq beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycan sahibkarlarının iştirak imkanlarına, birgə Biznes Şurasının yaradılmasına dair müzakirələr aparılıb.