Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsinə dair dəyirmi masa keçirilib 03.10.2019
Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsinə dair dəyirmi masa keçirilib

Oktyabrın 3-də Bakı Biznes Mərkəzində Azərbaycan və Rusiyanın kiçik və orta biznes subyektləri arasında əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə, KOB sahəsində təcrübə mübadiləsinə həsr olunmuş Dəyirmi Masa keçirilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda Dəyirmi Masa Rusiya Federasiyasının “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalininin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycan və Rusiya sahibkarları arasında əlaqələrin inkişafında önəmli rol oynayan Azərbaycan-Rusiya İşgüzar Şurasının, “Caspian European Club”ın nümayəndələri, eləcə də kənd təsərrüfatı, turizm, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən Azərbaycan sahibkarları iştirak ediblər.

Dəyirmi masadakı çıxışında Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər, dəstək mexanizmləri, KOBİA-nın fəaliyyəti barədə məlumat verib. Orxan Məmmədov Agentliyin KOB sahəsində xarici tərəfdaşların, o cümlədən “Opora Rossii”nın müvafiq sahədə effektiv mexanizmlərin hazırlanması, sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, sahibkarlığın stimullaşdırılması istiqamətlərində təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib, əməkdaşlıq imkanlarına dair fikirlərini qeyd edib.

“Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalinin ölkəmizə səfərindən və hər iki ölkənin KOB-ları arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq dəyirmi masanın təşkilindən məmnunluğunu qeyd edib. "Opora Rossii" təşkilatının fəaliyyəti barədə məlumat verən Aleksandr Kalinin Azərbaycanda təşkilatın nümayəndəliyinin açılması, sahibkarların hər iki qurumun imkanlarından istifadə etməsi və təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb.

Tədbirdə "Opora Rossii"nın nümayəndələri Vladislav Koroçkin, Nikalay Dunaev, Artyom Androsov, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədr müavini Natiq Heydərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, "Caspian European Club"un direktoru Telman Əliyev və bir sıra şirkətlərin nümayəndələri təmsil etdkləri qurumların fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlıq və təcrübə mübadiləsinə dair fikirlərini bildiriblər.

Dəyirmi masa çərçivəsində KOBİA və “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalinin imzalayıblar. Sənəddə KOB-lara informasiya və marketinq dəstəyinin göstərilməsi, sahibkarlıq və biznes prosesləri sahəsində təlim proqramlarının həyata keçirilməsi, ixracyönümlü KOB-ların dəstəklənməsi, birgə layihələrin hazırlanması və reallaşdırılması, ticarət-istehsalat və elmi-texniki əməkdaşlıq və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.

“Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının nümayəndələri ölkəmizə səfər çərçivəsində həmçinin biznes strukturlarında bir sıra görüşlər keçirəcək, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olacaqlar.