Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Beynəlxalq Əlillər Gününə həsr olunmuş satış sərgisi keçiriləcək 25.11.2019
Beynəlxalq Əlillər Gününə həsr olunmuş satış sərgisi keçiriləcək




30 noyabr - 1 dekabr tarixlərində “Park Bulvar”da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fiziki imkanları məhdud şəxlərin əl işlərinin satış-sərgisi keçiriləcək.

3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş sərginin məqsədi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərməkdir.

Sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. nümayiş olunacaq.

Qeyd edək ki, KOBİA əlillər və sosial həssas qrupa aid insanlar arasında sahibkarlıq fəaliyyətini təşviq edir, onların hazırladığı əl işlərinin nümayiş olunmasına və satışına dəstək üçün müxtəlif sərgilərdə, həmçinin sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması üçün təlim və seminarlarda iştirakına dəstək göstərir.