Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Beynəlxalq Əlillər Gününə həsr olunmuş satış sərgisi keçirilir 30.11.2019
Beynəlxalq Əlillər Gününə həsr olunmuş satış sərgisi keçirilir

Noyabrın 30-da “Park Bulvar”da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi keçirilir.

3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş sərginin məqsədi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərməkdir.

Sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş olunur.

Sərgi dekabrın 1-dək davam edəcəkdir.