Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla daha bir görüş“Müəssisələrdə satış, marketinq, satışdan sonrakı xidmətlər” mövzusunda təlim keçiriləcəkKOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilibKOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib
“Biznes müəssisələrinin yeni təşkilati modelləri” mövzusunda seminar keçiriləcək 31.10.2019
“Biznes müəssisələrinin yeni təşkilati modelləri” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə sahibkarlar, biznesə yeni başlayanlar və startaplar üçün “Biznes müəssisələrinin yeni təşkilati modelləri” mövzusunda seminar keçiriləcəkdir.

Seminarın təşkilində məqsəd İKT və təşkilati modelləri barədə sahibkarların məlumatlandırılması və bu sahədə müzakirələrin aparılmasıdır.

Tədbirdə iştirak ödənişsizdir.

Seminar 8 noyabr 2019-cu il tarixində, saat 10:00-da İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda (Ünvan: Həsən Bəy Zərdabi prospekti, 88a) keçiriləcəkdir.

Tədbirdə iştirak etməkdə maraqlı olan sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər.

Telefon: (012) 404-04-01

E-mail: training@smb.gov.az

Əlaqələndirici: Məlahət Kazımova