Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-lar üçün seminar keçiriləcək KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib 15.07.2019
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüş keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində KOBİA-nın fəaliyyəti, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün yeni biznes imkanlarının təmin edilməsi, onların müxtəlif dəstək mexanizmlərinə çıxışının genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı istiqamətində həyata keçirilən proqramlar və strateji təşəbbüslər haqqında ətraflı məlumat verib.

UNDP-nin Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti təmsil etdiyi qurumun beynəlxalq səviyyədə və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında özəl sektorun rolunun əhəmiyyətini qeyd edib. Alessandro Frakasseti KOBİA-nın fəaliyyət istiqamətləri üzrə xüsusilə regionlarda sahibkarların bilik və bacarıqlarının artırılması, həssas qrupların məşğulluğu istiqamətində gənclərin, qadınların və əlillərin sahibkarlıq imkanlarının genişləndirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.