Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilir 22.06.2019
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı ofisinin rəhbəri xanım Mələk Çakmak ilə görüşüb.

Görüşdə KOBİA-nın rəhbəri tərəfindən Agentliyin fəaliyyəti, göstərdiyi xidmətlər və həyata keçirlən layihə və proqramlar haqqında ətraflı məlumat verilib, müvafiq istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Mələk Çakmak FAO-nun Azərbaycan üzrə fəaliyyət istiqamətləri və hədəfləri barədə danışaraq, kiçik və orta biznesin FAO-nun fəaliyyət göstərdiyi sahələr üzrə prosesə cəlb edilməsinin dəstəklənməsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri baxımından əhəmiyyətli olduğu bildirib.

Görüşdə KOBİA və FAO arasında KOB-ların inkişafı üzrə potensial əməkdaşlıq layihəsi istiqamətində ətraflı müzakirələr aparılıb və yaxın müddətdə bu sahədə uyğun layihənin müəyyən edilərək həyata keçirilməsinə dair razılıq əldə olunub. Eyni zamanda Mələk Çakmak KOBİA nümayəndə heyətini FAO-nun Romada yerləşən ofisinə dəvət edib və səfər çərçivəsində FAO-nun bu sahədə dünyada həyata keçirdiyi ən yaxşı təcrübələrə dair ikitərəfli müzakirələrin təşkil ediləcəyini bildirib.