Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir “Biznes-modelin və biznes-planın hazırlanması” mövzusunda təlim keçiriləcək
Dövlət-özəl tərəfdaşlığına dair seminar keçirilib 09.07.2019
Dövlət-özəl tərəfdaşlığına dair seminar keçirilib

İyulun 9-da Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İslam İnkişaf Bankının dəstəyi ilə dövlət-özəl tərəfdaşlığına dair iki günlük maarifləndirici seminar öz işinə başlayıb.

Bir sıra dövlət qurumlarının və potensial benefisiar təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə dövlət-özəl tərəfdaşlığına dair uğurlu beynəlxalq təcrübələr, bu sahədə proqram və layihələr üzrə konsepsiya sənədləri, eləcə də onların texniki-iqtisadi əsaslandırmaları, maliyyələşmə mexanizmləri və müqavilə öhdəlikləri, iştirak və monitorinq prosesi kimi mövzular üzrə ətraflı məlumat verilib.

Məlumat üçün qeyd edək ki, KOBİA-nın fəaliyyət istiqamətlərindən biri ölkədə dövlət-özəl tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi, dövlət-özəl tərəfdaşlıq layihələrinə KOB-ların cəlb edilməsinin təmin olunması, eləcə də potensial benefisiar təşkilatların bu sahədə bilik və bacarıqlarının gücləndirilməsidir.