Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi“Organic Food Festival 2019” başa çatdı Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcəkBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilirKOBİA qadın sahibkarlığın inkişafının təşkilati modellərini dəstəkləyəcək
Elan 10.06.2019
Elan

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Elektron xidmətlərin təşkili departamentinin müdir müavini vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

- Agentliyin kompüter şəbəkəsinin, server, xarici yaddaş avadanlıqlarının fasiləsiz, səmərəli işini təşkil etmək və nəzarət funksiyalarını həyata keçirmək;

- Mövcud olan server və şəbəkə avadanlıqlarının idarə olunmasını təmin etmək;

- İnformasiya mübadiləsinin təşkilini, təhlükəsizliyinin təmin edilməsini və nəzarəti həyata keçirmək;

- Departament müdiri tərəfindən verilmiş xidməti tapşırıqların icrasını təmin etmək;

- Departamentin iş planlarının və işçilər arasında iş bölgüsünün icrasına nəzarət etmək;

- Aidiyyəti üzrə əməkdaşların fəaliyyətinə nəzarəti həyata keçirmək.

Namizədə tələblər:

- Ali təhsil (Texniki və texnoloji ixtisaslar qrupu). Magistr təhsili üstünlükdür;

- İngilis və ya rus dillərindən birini bilmək;

- Müvafiq sahədə minimum 5 il iş təcrübəsinə sahib olmaq;

- MS Windows və Linux əməliyyat sistemləri haqqında biliklərə malik olmaq;

- Şəbəkə texnologiyaları və proqram təminatlarının hazırlanması üzrə biliklərə malik olmaq;

- Ünsiyyət yaratmaq, dinləmək, təşəbbüskar və nəticə yönümlü fəaliyyət göstərməklə yeniliklərə açıq olmaq.

Şərtlər:

- Tam iş günü, iş qrafiki I-V günlər;

- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektron xidmətlərin təşkili departamentinin müdir müavini” yazaraq 01.07.2019 tarixinə qədər hr@smb.gov.az ünvanına göndərməsi xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.