Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcəkAqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilirBMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilibBakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb KOB-lar Regional Mətbəx Festivalında iştirak edəcəklər
Gənclər Günü ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində tədbir keçirilib 02.02.2019
Gənclər Günü ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində tədbir keçirilib

2 fevral – Gənclər Günü ilə əlaqədar Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində tədbir keçirilib.

Agentliyin əməkdaşlarının və könüllü gənclərin iştirakı ilə təşkil olunmuş tədbirdə qurumun İdarə Heyəti sədrinin müavini Nadir Adilov bu günün Ümummilli Liderimiz Heydər Əliyevin 2 fevral 1997-ci il tarixli Sərəncamı ilə təsdiq edildiyini və Ulu Öndərin gənclərə diqqət və qağısının göstəricisi olduğunu vurğulayıb. Qeyd edilib ki, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində üç dövlət proqramı qəbul edilib, gənclər təhsil üçün xarici ölkələrin aparıcı universitetlərinə göndərilib, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və digər dövlət dəstək mexanizmləri vasitəsilə istedadlı gənclərə və onların layihələrinə dəstək göstərilib, "Gənclər ev”ləri yaradılıb. Dövlət başçısının gənclərin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, Azərbaycanın inkişafına öz töhfələrini verirlər.

Bildirilib ki, Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb. KOBİA-da da “KOB Könüllüləri” Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir, könüllü gənclərlə mütəmadi olaraq görüşlər təşkil olunur. Hazırda Agentlikdə və qurumun regionlardakı KOB dostları ilə birlikdə 20-ə yaxın könüllü fəaliyyət göstərir. Gələcəkdə Agentlikdə könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.

Sonra Agentlikdə fəaliyyət göstərən könüllü gənclər səmərəli fəaliyyətlərinə görə diplomlarla təltif olunub, Masallı “KOB Dostu” ilə birlikdə fəaliyyət göstərən könüllü isə ayın könüllü gənci seçilib.