Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Könüllü Şurası yaradılıb 06.12.2018
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Könüllü Şurası yaradılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında Kiçik və Orta Biznesin Könüllü Şurası yaradılıb və artıq Şuranın ilk iclası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə KOBİA-da tədbir təşkil olunub. Agentlik əməkdaşlarının və könüllü gənclərin iştirakı ilə keçirilən tədbirdə Agentlik sədri Orxan Məmmədov könüllük fəaliyyətinin gənclərin işgüzar inkişafında mühüm rol oynadığını vurğulayıb, bu sahədə Agentlik tərəfindən görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, Agentlikdə “KOB Könüllüləri” Proqramına uyğun olaraq, həyata keçirilən tədbirlərin əhatə dairəsi daha da genişləndiriləcək. Könüllü Şurasının bu işin öhdəsindən layiqincə gələcəyini qeyd edən Agentlik rəhbəri gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarıqlarının artırılmasında, məşğulluğadək olan proseslərdə könüllülük fəaliyyətinin rolunu diqqətə çatdırıb. Könüllülərin təcrübə toplaması, könüllülük fəaliyyətinin təşkili və təşviqi, gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsi (“Young Internship Programmes”), eləcə də ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və biznes müəssisələri ilə əməkdaşlıq “KOB Könüllüləri” Proqramının əsas istiqamətləridir və işgüzar inkişafa nail olmaq istəyən gənclər Agentliyin könüllüləri sırasına qoşula bilərlər.

Qeyd edək ki, Agentliyin Könüllü Şurasını formalaşdıran ilk qrupdan ibarət könüllülər Azərbaycan Dövlət İqtisad, Bakı Mühəndislik universitetlərinin, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbə və magistrlarından ibarətdir.

Sonda könüllü gənclərə xüsusi könüllü geyimləri, vəsiqələr və müxtəlif hədiyyələr təqdim olunub.