Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB könüllüləri”ndən nümunəvi aksiya“KOB könüllüləri”ndən özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlara dəstək Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir​Almaniya Azərbaycan şirkətlərinin layihələrini dəstəkləməyi təklif edir KOBİA sahibkarlarla onlayn görüşlər keçirir
KOB dostları üçün UNEC-də təlimlər keçirilir 30.04.2020
KOB dostları üçün UNEC-də təlimlər keçirilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna uyğun olaraq, Agentliyin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən KOB dostları üçün təlimlərə başlanılıb.

Universitetin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) professor - müəllim heyəti tərəfinən keçirilən təlimlər “Strateji idarəetmə və liderlik”, “Maliyyənin müasir problemləri”, “Strateji insan resurslarının idarə edilməsi”, “Strateji brend menecment”, “İnvestisiya layihələrinin qiymətləndirilməsi”, “Vaxtın idarə edilməsi”, “Rəqabət strategiyaları” mövzularını əhatə edir.

Həmçinin, “COVID-19” pandemiyası dövründə də BMDM-nin nəzdində fəaliyyət göstərən Kiçik və Orta Biznes Tədqiqatlar Mərkəzi universitet-sənaye əməkdaşlığı çərçivəsində fəaliyyətini onlayn qaydada davam etdirir.