Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqındaTədbirlər Planının icrası barədə AYİB ilə Azərbaycanın əməkdaşlıq imkanları müzakirə edilibİqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləriSahibkarların təkliflərinə İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır
KOB İnkişaf Mərkəzində SMM-lə bağlı təlim keçirilib 11.03.2020
KOB İnkişaf Mərkəzində SMM-lə bağlı təlim keçirilib

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-ların rəqəmsal marketinqdən istifadə etməklə potensial müştəriləri cəlb etməsi, məhsul və ya xidmətləri daha geniş auditoriyaya təqdim etməsi üçün Xaçmaz KOB İnkişaf Mərkəzində Sosial Media Marketinq (SMM) mövzusunda təlim keçirilib.

Təlimdə iştirakçılar sosial şəbəkələr və onların effektiv idarə olunması, biznesin inkişafında SMM-dən istifadə barədə məlumatlandırılıb. Real nümunələr əsasında rəqəmsal marketinqin üstünlüklərinin nümayiş olunduğu təlimdə KOB subyektlərinə sosial şəbəkələrdə biznes fəaliyyəti üçün şəxsi hesablarının yaradılmasına dəstək göstərilib.

Xaçmaz KOB İnkişaf Mərkəzində həmçinin, “Sosial layihələr, dövlət proqramları ilə iş” mövzusunda təlim keçirilib. 2 gün davam edən təlimdə iştirakçılar layihələrin yazılması və idarə edilməsi, layihələr üçün maliyyə mənbələrinin araşdırılması, layihələrin hesabatlılığı barədə ətraflı məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.