Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“Milli KSM mükafatı 2019” müsabiqəsinə yekun vurulubSahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilibDövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədinin təqdimatı keçirilib KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb
“KOB könüllüləri” sahibkarları məlumatlandırır 06.07.2019
“KOB könüllüləri” sahibkarları məlumatlandırır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” Qəbələ şəhərinin Vəndam qəsəbəsində mikro və kiçik sahibkarları, fermerləri Agentliyin fəaliyyəti, göstərdiyi xidmətlər barədə məlumatlandırıb.

İctimai-iaşə obyektləri, tikiş sexləri, mebel və inşaat materialları mağazalarında, fərdi təsərrüfatlarda olan “KOB könüllüləri” sahibkarları biznesin qurulması və inkişafı, hüquq və mənafelərinin müdafiəsi, özünüməşğulluq proqramına qoşulmaq kimi məsələlərlə bağlı Qəbələ-Oğuz “KOB Dostu”na müraciət edə biləcəkəkləri barədə məlumatlandırıb, onlara maarifləndirici bukletlər paylayıblar.

Görüşlər Vəndam qəsəbəsində fəaliyyət göstərən sahibkarlar və vətəndaşlar tərəfindən maraqla qarşılanıb.

Agentliyin digər şəhər və rayonlarında fəaliyyət göstərən “KOB könüllüləri” tərəfindən KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər barədə yerli sahibkarların məlumatlandırılması məqsədilə belə görüşlər iyul-avqust ayları ərzində davam etdiriləcəkdir.