Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
KOB könüllülərinin sıraları genişlənir 03.04.2019
KOB könüllülərinin sıraları genişlənir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri”nin sırasına yeni könüllülər qoşulub. Artıq Agentliyin regionlardakı KOB dostları ilə birlikdə fəaliyyət göstərən könüllülər də daxil olmaqla KOBİA-da 30 gənc könüllü fəaliyyəti ilə məşğuldur.

Agentlikdə yeni könüllülərin fəaliyyətə başlaması ilə bağlı keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov qeyd edib ki, Agentlikdə “KOB könüllüləri” Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. Bildirilib ki, Agentlikdə könüllü fəaliyyətini başa vurmuş bir sıra gənclər artıq işlə təmin olunub. “KOB könüllüləri” Proqramı barədə gənclərin ətraflı məlumatlandırılması, eləcə də gənclərin KOB könüllüləri sırasına qoşulması üçün Agentliyin www.smb.gov.az saytında xüsusi bölmə yaradılıb. Gələcəkdə Agentlikdə könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.

Sonra Agentlikdə könüllülük fəaliyyətinə yeni qoşulmuş gənclərə KOB könüllülərinin fəaliyyəti barədə ətraflı məlumat verilib, KOB könüllüsü Lamiyə Çobanzadə aktiv fəaliyyətinə görə ayın könüllüsü seçilib.