
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı “KOB Dostu” ilə birgə fəaliyyət göstərən KOB könüllüsü Tamerlan Teymurov Agentlikdə könüllülük fəaliyyətini başa vuraraq Masallı Sənaye Məhəlləsində “Paşa sığorta” şirkətinin filialında işlə təmin olunub.
Agentlik olaraq KOB könüllümüzə iş həyatında uğurlar arzu edirik!
Məlumat üçün qeyd edək ki, Azərbaycanda geniş vüsət
almış könüllülük təşəbbüsünə qoşularaq gənclərə dəstək olmaq, peşəkar əmək fəaliyyətinə
başlayana qədər gənclərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, dünyagörüşünün
və praktik bacarıqlarının artırılması üçün Agentlikdə “KOB Könüllüləri” Fəaliyyət
Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. İndiyədək 20-dən
çox gənc Agentlikdə könüllü olaraq fəaliyyətə cəlb olunub. 3 ay davam edən təcrübə
proqramının sonunda könüllülərə sertifikat təqdim edilir. Gələcəkdə Agentlikdə
könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra
layihələrin reallaşdırılması nəzərdə tutulur.