Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-lar üçün seminar keçiriləcək KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı
KOB könüllüsü KOBİA-da işlə təmin edildi 09.08.2019
KOB könüllüsü KOBİA-da işlə təmin edildi


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən "KOB Könüllüləri Proqramı"nın iştirakçısı olmuş Lamiyə Çobanzadə Agentlikdə işlə təmin edilib.

Hazırda 30 gənc Agentlikdə və ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən "KOB Dostu" şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir.

Ümumilikdə isə indiyədək "KOB Könüllüləri Proqramı" çərçivəsində 50-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. Agentlikdə könüllü fəaliyyətini uğurla başa vuran gənclər artıq işlə təmin edilib.