Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-lar üçün seminar keçiriləcək KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı
KOB-lar Regional Mətbəx Festivalında iştirak edəcəklər 12.07.2019
KOB-lar Regional Mətbəx Festivalında iştirak edəcəklər


27-28 iyul tarixlərində Quba rayonunda Regional Mətbəx Festivalı keçiriləcək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə təşkil olunacaq festivalda Quba və ətraf rayonlarda qida, ictimai-iaşə və turizm sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar da öz məhsul və xidmətlərini təqdim edəcəklər.

Mədəniyyət Nazirliyinin, Dövlət Turizm Agentliyininvə Quba Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba Destinasiya Menecmenti Təşkilatı və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçiriləcək festivalda yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunacaq, "Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaqdır.