Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
KOB-lar Təhsil və Karyera sərgilərində iştirak edəcək 07.10.2019
KOB-lar Təhsil və Karyera sərgilərində iştirak edəcək




Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə mikro və kiçik sahibkarların 10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgilərində iştirakına dəstək göstərəcək.

Sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində təhsil sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini təqdim edəcəklər.

Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi olaraq dəstək göstərir. İndiyədək KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar Qida Sənayesi, Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar, Hədiyyələr və Promo Məhsulları sərgilərində, "Organic Food Festivalı 2019"da və digər sərgilərdə iştirak ediblər.