Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldüMikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanırKOBİA pəşəkar təlimçiləri əməkdaşlığa dəvət edir“Maliyyə hesabatları və təhlil” mövzusunda təlim keçirilibKOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq
KOB-lar üçün seminar keçiriləcək 23.08.2019
KOB-lar üçün seminar keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sentyabrın 5-də mikro və kiçik sahibkarlıq subyektləri üçün “İş yerində bədən dili” mövzusunda seminar keçiriləcək.

Tədbirdə “EduMark Consulting” şirkəti tərəfindən sahibkarlara iş mühitində rəhbər və digər şəxslərlə münasibətlərin idarə olunması, effektiv əlaqələrin qurulması, “bədən dili”ndən (jest, mimika və s.) düzgün istifadə barədə nəzəri və praktik məlumatlar veriləcəkdir.

Seminarda iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “İş yerində bədən dili” seminarı” yazmaqla Agentliyin training@smb.gov.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Tədbirdə iştirak ödənişsizdir və iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

Tədbirin keçirilmə tarixi: 5 sentyabr 2019-cu il

Seminarın saatı: 18:30 – 20:30-dək

Ünvan: Cəfər Cabbarlı küç. 44 (Caspian Plaza, Language House)

Əlaqələndirici şəxs: Elməddin Hacıyev

Telefon: (+994 12) 404-04-01.