Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-lar üçün seminar keçiriləcək KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı
KOB-ların maliyyələşdirilməsi mexanizmlərinə dair müzakirələr aparılıb 06.05.2019
KOB-ların maliyyələşdirilməsi mexanizmlərinə dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış üçtərəfli Niyyət Sazişinin icrası çərçivəsində KOBİA-da görüş keçirilib.

Görüşdə KOBİA, MBNP və ABA ilə yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Asiya İnkişaf Bankı və “PwC Azərbaycan” şirkətinin nümayəndələri iştirak ediblər.

Asiya İnkişaf Bankının eksperti David Monkman tərəfindən maliyyələşmə mexanizmləri ilə bağlı təqdimat keçirilib, kiçik və orta biznesin (KOB) maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyi, yeni innovativ və alternativ maliyyələşmə mexanizmlərinin yaradılması və dəstəklənməsi, bu sahədə KOB-ların bilik və bacarıqlarının gücləndirilməsi üçün maarifləndirmə tədbirlərinin keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Belə görüşlərin mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.