Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB könüllüləri”ndən nümunəvi aksiya“KOB könüllüləri”ndən özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlara dəstək Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir​Almaniya Azərbaycan şirkətlərinin layihələrini dəstəkləməyi təklif edir KOBİA sahibkarlarla onlayn görüşlər keçirir
KOB-ların məhsulları “CASPINDEXPO 2019” Sərgisində nümayiş olunacaq 05.11.2019
KOB-ların məhsulları “CASPINDEXPO 2019” Sərgisində nümayiş olunacaq






6-8 noyabr tarixlərində Bakı İdman Sarayında 2-ci Beynəlxalq Sənaye Sərgisi (“CASPINDEXPO 2019”) keçiriləcək.

Sərgidə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta biznes (KOB-lar) subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.

KOB-lar üçün ayrılmış xüsusi stenddə bağ, ev və ofis mebelləri, alüminyum və plastik qablar, streç və folqalar, kağız və karton çantalar, istixana konstruksiyaları və aksesuarları, dəmir və taxta məmulatlar, işıq dirəkləri nümayiş olunacaq, sənaye avadanlıqlarının təmiri və quraşdırılması xidməti təqdim olunacaqdır.