Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldüMikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanırKOBİA pəşəkar təlimçiləri əməkdaşlığa dəvət edir“Maliyyə hesabatları və təhlil” mövzusunda təlim keçirilibKOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq
KOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq 12.09.2019
KOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq

Sentyabrın 12-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq KOBİA əməkdaşları üçün məlumatlandırma tədbiri keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən 14 işçi qrupunda təmsil olunacaq KOBİA nümayəndələrinə ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin daha da yaxşılaşdırılması məqsədilə yaradılmış komissiyanın və işçi qruplarının fəaliyyəti, eləcə də “azranking.az” portalı barədə məlumat verilib. Qeyd olunub ki, işçi qruplarının səmərəli fəaliyyəti, onlar tərəfindən irəli sürüləcək təklif və təşəbbüslər ölkədə sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Tədbirdə işçi qruplara cəlb edilmiş Agentlik əməkdaşlarının təklif və fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.